Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Yanvar

2017
16:33
654
Bacısını öldürüb Xoşqədəmin verilişində onu "axtardı" - ŞOK TƏFƏRRÜAT

Lənkəran rayonunda 5 il əvvəl törədilmiş və bu günlərdə üstü açılmış qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Bacısı Təranə Ağayevanı qətlə yetirdiyini etiraf edən Nərimanabad qəsəbə sakini Fuad Ağayev hadisədən sonra onu axtarmaq üçün jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu verilişə çıxıb. Digər bacısı ilə telekanala müraciət edən F.Ağayev qətlə yetirdiyi bacısının fotosunu nümayiş etdirib və onun tapılması üçün tamaşaçılardan kömək istəyib.

Bildirilir ki, Ağayevlər ailəsinin 10 övladı olub. Onlardan beşi oğlan, beşi isə qızdır. Fuad Ağayev və qətlə yetirdiyi Təranə evin ortancıllarından olublar. Təranənin yoxa çıxmasından sonra anası xəstəliyə tutulub və çox keçmədən vəfat edib. 

Kənd sakinləri, ailə və Fuad Ağayev barəsində müsbət rəy veriblər.

 

Maraqlıdır ki, F.Ağayev bacısını öldürüb basdırdığını dediyi yerdən heç bir insan qalığı və əlamətləri aşkarlanmayıb. O, sonradan bacısının meyidini çıxarıb dənizə atdığını desə də, bunu kiminlə etdiyini, hansı avtomobillə qalıqları dənizə apardığını deməyib.

 

Araşdırmalar davam etdirilir. (Lent.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru