İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Tarix:06-01-2017 16:36
Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
Şərh yaz
Yola saldığımız ildə Milli Məclisin son iclası bir sıra məsələlərin müzakirəsi və iradlarla yekunlaşdı. Üzərində durulan və bayram günləri daxil olmaqla hələ də ictimai müzakirəsi gedən məsələ orta məktəblərdə tədris olunan “Qarabağ tarixi” dərsliyidir.
 
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bir qrup tarixçi müəllimin ona müraciət edərək, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixinin ayrıca kitablarla tədris olunmasından şikayətləndiklərini bildirmişdi. 
 
O qeyd edib ki, bu məsələ diqqətdə saxlanılmalıdır: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!”
 
Milli Məclisin sədri Oqtay Əsədov da bu məsələnin araşdırılıb, aydınlıq gətirilməsini istəmişdi.
 
Müzakirələrin kulminasiya nöqtəsini isə Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qoymuşdu. O, bunu təxribat adlandırmışdı: “Çox təəssüf ki, bizim ölkədə bir çox dairələr onlara aid oldu-olmadı, yerli-yersiz bu tarix məsələlərinə girişirlər. Beləliklə bizim mənəvi sistemimizə, ideologiyamıza zərbə vururlar. Bir tarix var, o da Azərbaycan tarixidir. Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır”.
 
İlk öncə ondan başlayaq ki, kitab təkcə rus bölməsində deyil, Azərbaycan bölməsində də tədris olunur və özü də 2015-ci ildən. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.02.2014-cü il tarixli, 206 nömrəli əmri ilə təsdiq olunub.
 
“Qarabağ tarixi” tədris vəsaiti Azərbaycanın Qarabağ regionunun ən qədimdən dövrümüzədək tarixini əhatə edir. Kitabda Qarabağ regionunun tarixi xronoloji ardıcıllıqla mərhələlər üzrə ayrı-ayrı mövzular şəklində verilib. Burada Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, adının etimologiyası, ictimai - tarixi, əhalisinin etnik tərkibi, dövlətçilik ənənələrində, siyasi, iqtisadi və mədəni proseslərdə yeri xüsusi olaraq işıqlandırılıb.
 
Maraqlıdır, üstündən 2 il keçəndən sonra niyə indi yada düşdü bu kitab? Cavabını bilmədiyim və Siyavuş müəllimdən də soruşmaq imkanım olmadığı üçün birbaşa keçirəm mövzu barədə öz fikirlərimə.
 
Əvvəla ondan başlayım ki, hörmətli Yaqub müəllimin söylədiyi fikirlərdən son dərəcə dəhşətə gəldim. “Təkrar biliyin anasıdır” məsəlini yada salıb, Yaqub müəllimin sözlərini bir daha qeyd edirəm: “Çox təəssüf ki, bizim ölkədə bir çox dairələr onlara aid oldu-olmadı, yerli-yersiz bu tarix məsələlərinə girişirlər. Beləliklə bizim mənəvi sistemimizə, ideologiyamıza zərbə vururlar. Bir tarix var, o da Azərbaycan tarixidir. Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır”.
 
Yenə maraqlıdır, “bir çox dairələr onlara aid oldu-olmadı, yerli-yersiz bu tarix məsələlərinə girişirlər”, - deyəndə, hansı dövlət qurumu nəzərdə tutulur, Təhsil Nazirliyimi? Mən biləni elə bu, Təhsil Nazirliyinin sahəsidir! Bəlkə səhv edirəm, insanları tarixi barədə bilgiləndirmək Təhsil Nazirliyinin vəzifəsi deyilmi? 
 
Bəlkə təhsil naziri Mikayıl Cabbarovun təhsilin dirçəldilməsinə tətbiq etdiyi sistem kimlərinsə xoşuna gəlmir? Keçmiş təhsil naziri Misir Mərdanovun təhsil sistemini nə tez unutmuşuq? Yar-yarımçıq şəkildə Azərbaycan təhsilinə tətbiq etdiyi kurrikulm sisteminin baş-ayağını Mikayıl Cabbarov indi-indi yığmırmı? Düzdür, Azərbaycanın təhsil sistemi bərbad gündədir, amma bu bərbad sistemi Mikayıl Cabbarov yaratmayıb. Yaradan kənarda durub, yeni nazir isə o sistemi tamamilə dağıdıb, yerinə yenisini qurub. Etiraf etmək lazımdır ki, uğurlu da sistemdir. Bəli, 20-30 ilin müəllimi də imtahan olunmalıdır! İmtahandan keçə bilmirsə, o adam təhsil sistemindən tamamilə uzaqlaşdırılmalıdır. Əgər bir müəllim öz fənnindən suala cavab verə bilmirsə, onun keçdiyi dərs nə olacaq? Məhz belə müəllimlərdir bu gün Mikayıl Cabbarovun qarasınca deyinənlər. 
 
Qayıdaq “Qarabağ tarixi” dərsliyinə. Yaqub müəllim həmçinin bildirir ki, “bununla bizim mənəvi sistemimizə, ideologiyamıza zərbə vururlar və bu təxribatdır.” 
 
Nə vaxtdan tarix öyrənmək və ya öyrətmək mənəviyyata, ideologiyaya zərbə hesab edilir? Mənəviyyatımıza, ideologiyamıza zərbə vuraraq təxribat törədənlər kimlərdir? Kimlər özlərinə aid olmayan məsələlərə qarışanlar? Kitabın elmi redaktoru, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor C.M. Mustafayevmi, rəyçilər AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent T.H.Nəcəflimi, AMEA Tarix İnstitutunun “Qarabağ tarixi ” şöbəsinin böyük elmi işçisi, tarix üzrə elmlər doktoru N.R.Məmmədovmu, yoxsa müəllif AMEA Tarix İnstitutunun Qarabağ Tarixi Şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevmi? 
 
Diqqət etdinizmi?! Kitabın yazanı da, onun elmi redaktoru da, hətta rəy verənləri də AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovun işçiləridir! Özü də adi işçiləri deyillər. Biri kitabla adaş olan şöbənin müdiri, digəriləri institutun aparıcı elmi işçiləri və Yaqub müəllimin elmi işlər üzrə müavinidir
 
İndi kim deyə bilər, necə olur ki, bir institutun 4 nəfər aparıcı şəxsi, alimi, hətta biri şöbə müdir olmaqla kitab hazırlayır və institutun direktorunun ondan xəbəri olmur? Məncə bu absurddur!
 
Bir daha qayıdıram “Qarabağ tarixi” dərsliyinə. Müəllif deyir ki, “ermənilər özlərinin olmaya-olmaya Qarabağın hər daşına, ağacına bir kitab həsr ediblər, amma bizdə bir kitab narazılıq yaradır.” Adam haqlıdır, düz deyir. Bir həddə Yaqub müəllim də düz deyir: “Bir tarix var, o da Azərbaycan tarixidir.” Amma gəlin görək, biz tariximizi elə bir kitabla öyrənə bilirikmi? Xeyr! Çünki həmin kitab yığcam şəkildədir və bölgələrimizi kifayət qədər əhatə etmir. Niyə biz Gəncə-Qazax bölgəsinin tarixini ətraflı öyrənməyək, niyə biz Quba-Xaçmaz, Şəki-Zaqatala bölgəsinin tarixini ətraflı öyrənməyək, niyə biz Naxçıvanın, Lənkəran-Astaranın tarixini ətraflı öyrənməyək? Tariximizi mükəmməl bilmədiyimiz üçün itirə-itirə gedirik. Bəlkə orta məktəblərdə texnologiya, rəsm, musiqi kimi mənasız fənlərin tədrisindənsə tariximizi mükəmməl öyrənək? Çünki rəsmə, musiqiyə, sənət öyrənməyə meyli olan üçün ayrıca kurslar var, amma tarixi, özü də Azərbaycan tarixini öyrədən kurslar yoxdur. Milli Məclisdə bundan danışmaq lazımdır, yoxsa, işçim kitab yazıb, 2 ildir ondan dərs deyirlər, mən indi xəbər tutmuşam kimi sözlər gülünc doğurur.
 
Aqil Mehdi
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Qarabağ - Qarabağ_tarixi - Yaqub_Mahmudov - Siyavuş_Novruzov -
Paylaş :
Mail Yazdır Şərh yaz 1 dəfə şərh edilib
Tarix:06-01-2017 16:36 - Oxundu: 1975
Şərhlər
Gülşən Şabanova tərəfindən 06-01-2017 Tarixində yazıldı
--Mənim üçün bir Vətən və onun tarixi var. Mənim fikrimcə bir dərslik kimi deyil ayrica bir oxu kitabı kimi Qarabağ tarixi adlı kitabı qəbul edirəm. Amma bir dərslik kimi yox. Çünki Bir tarix kimi İstər Qarabağ tarixi istər Şəki tarixi və s. kimi tariximiz bir tarix kitabı Azərbaycan tarixi kitabı - adı altında cəmlənməlidir. Məncə bəsdir itirdikdən sonra qiymətləndirməyimiz. Hər şeyə vaxtında qiymət verəsən gərək. Vətənimin hər bir qarışına qiymət verib sevməyi öyrətmək lazımdır.
Analiz
16-01-2017 11:05 Azərbaycan əhalisi necə yaşayır?
11-01-2017 11:16 Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni "aprel döyüşləri" gözlənilir
08-01-2017 22:06 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...
06-01-2017 16:36 Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
29-12-2016 16:48 100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
22-12-2016 17:36 Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
19-12-2016 22:55 SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI
09-12-2016 09:27 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
08-12-2016 14:14 Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
02-12-2016 15:11 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ - ANALİZ
29-11-2016 09:35 Terapiyasız şok...
12-11-2016 14:18 Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
10-11-2016 08:45 "Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər"
26-10-2016 12:55 Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr
24-10-2016 16:44 ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər - ANALİZ
21-10-2016 16:50 Radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
06-10-2016 13:48 Mən səni söyürəm, sən məni söymə
05-10-2016 14:42 ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR
03-10-2016 10:44 Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?
30-09-2016 10:12 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
29-09-2016 17:05 Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs
29-09-2016 12:33 Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsində nə işi?- FOTO
29-09-2016 11:46 Aqil Abbas: Şiəliyi yıxıb-sürüyənlərə xatırlatma
28-09-2016 15:29 Akif Nağı Fazil Mustafanın Xətai barədə iddialarına cavab verdi
27-09-2016 17:02 Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi
27-09-2016 14:47 Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..
22-09-2016 10:10 Kredit borcları bağışlanacaqmı? - İqtisadçı ekspert açıqladı
19-09-2016 12:58 Qubad İbadoğlu: ''İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq''
15-09-2016 10:00 Manatı növbəti devalvasiya gözləyirmi? - Ekspert şərhi
09-09-2016 17:04 ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI
08-09-2016 14:30 Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı
02-09-2016 16:47 Orta Asiyanı gözləyən xaos və ya Özbəkistanın yeni prezidenti kim olacaq
30-08-2016 13:37 Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ
19-08-2016 13:01 Özümüzə məxsus turizm modeli
04-08-2016 11:15 Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib
03-08-2016 14:11 Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək
29-07-2016 15:16 Büdcədəki kəsir nə qədər qorxuludur?
27-07-2016 10:28 "Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
26-07-2016 17:14 “Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
26-07-2016 16:55 Azərbaycan ordusunda fətullahçılar varmı?
14-07-2016 10:50 İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?
14-07-2016 10:00 İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
11-07-2016 12:25 MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı
01-07-2016 11:27 5 milyonluq yol “nisyə” çəkilib?
28-06-2016 16:17 “Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”
27-06-2016 12:14 Xərclənəcək 4 milyard dolların sonrası...
24-06-2016 10:19 Biri şad, biri də bəd xəbər?
21-06-2016 14:09 Bankların yarısı illik hesabatını açıqlamayıb
17-06-2016 14:42 Formula 1 dövlət büdcəsindən nə qədər pul "yeyəcək"?
17-06-2016 12:06 Keçmiş maliyyə naziri: AZƏRBAYCAN BANKLARI ÇÖKÜR
16-06-2016 14:48 Bankların manatla bağlı Mərkəzi Banka inanmamaqlığı...
07-06-2016 15:24 Gömrükdə möcüzə: İdxalla ixrac azalsa da, büdcəyə ödənişlər artıb
31-05-2016 15:52 "335 milyon israfçılıqdır" deyənlərə SOCAR-dan cavab
31-05-2016 12:03 Bu gün pul deyil, müştərilərin etimadını qazanmaq zamanıdır...
31-05-2016 11:26 Xızıda mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır
24-05-2016 14:08 İqtisadi amnistiya heç kimi çaşdırmasın...
20-05-2016 17:03 Nefti bahalaşdıran qlobal siyasət karuseli - TƏHLİL
20-05-2016 10:07 "Neft yaxın illərdə bahalaşmayacaq"
17-05-2016 11:17 "Etibarsız" etibarnamə
06-05-2016 16:26 Nəzarət Palatası özündə cəsarət tapmadı...

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az