Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
14:57
Baş Qərargah rəisi: Suriyadan Türkiyə və İraqa müntəzəm neft daşınır

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəisi, general-polkovnik Valeriy Gerasimov bəyan edib ki, rus kəşfiyyatı mütəmadi olaraq Suriyanın şərqindən Türkiyə və İraqa gedən neft konvoylarını müəyyən edir. FaktXəbər bildirir ki, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
 
"Rusiya kəşfiyyat vasitələri Suriyanın şərqində beynəlxalq koalisiya qüvvələrinin nəzarət etdiyi ərazilərdən Türkiyə və İraq ərazisinə gedən neft tankerlərindən ibarət dəstələri nizamlı olaraq müəyyən edir",-deyə rusiyalı general-polkovnik əlavə edib.
 
Xarici ölkələrin hərbi attaşelərinə verdiyi brifinqdə Valeriy Gerasimov həmçinin deyib ki, neft satışından əldə edilən gəlir İŞİD terrorçularının maliyyələşdirilməsinə sərf olunur.
 
Baş Qərargah İdarəsinin rəisi ABŞ-ın Suriyada müstəqil kürd dövləti qurmağa çalışdığını da qeyd edib: "Birləşmiş Ştatların suriyalı kürdlərlə əməkdaşlıq edərək mərkəzi hökumətdən müstəqil dövlət quruluşu yaratmağa çalışdığı Fəratın şərqindəki vəziyyət getdikcə pisləşir. Hazırda "Şimali Suriya Demokratik Federasiyası" adı verilən quruluş üçün hökumət qururlar. Silah və hərbi avadanlıq təmin etməklə kürdlərin separatçı meyllərini gücləndirən ABŞ onların ərəb tayfalarına qarşı zor tətbiq etməsinə də göz yumur".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 07:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com