Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2019
17:12
262
BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar.

Bu barədə Dəməşq hava limanını idarə edən "Syrian Air" aviaşirkətinin baş direktoru Şəfa ən-Nuri bildirib.

Baş direktor bildirib: ""Oman Air" aviaşirkətinin nümayəndə heyəti cümə axşamı Dəməşqin hava limanını ziyarət edib və Suriyanın paytaxtına uçuşları bərpa etmək məqsədilə hava limanının texniki vəziyyəti ilə tanış olub".

Onun sözlərinə görə, analoji yoxlama keçirmək məqsədilə Bəhreynin "Gulf Air" və BƏƏ-nin "Etihad" aviaşirkətləri də hava limanına müraciət ediblər./Trend

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 04:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com