Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Yanvar

2017
10:33
1542
Azyaşlı Nurayın hadisəsi sosial şəbəkələrdə hiddətlə qarşılandı - VİDEO
Millət vəkili: Bu, bizə yaraşan hərəkətlər deyil

FaktXəbər-in məlumatına görə, dünəndən etibarən sosial şəbəkələrdə azyaşlı qızın məhkəmənin çıxardığı qərara etiraz edərək israrla anasının yanında qalması barədə video geniş müzakirə və hiddətə səbəb olub. 

Göründüyü kimi  azyaşlı Nuray  atası ilə qalmaqdan imtina edərək  onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. 

Lakin atası məhkəmənin çıxardığı qərarı əsas götürərk qızının yalvarışlarına məhəl qoymur.

Olayın baş verdiyi Qubadan seçilmiş deputat Vahid Əhmədov hadisəyə münasibətini bildirərək qeyd edib ki, şəxsən özü bu işlə ciddi şəkildə məşğul olur: "Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışdım. Hazırda məsələni araşdırıram. Lap tutaq ki, məhkəmə qərar qəbul edib... İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru