Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2018
12:31
`Azərişıq`dan reaksiya:`Sayğaca müdaxilə mümkün deyil`

Son günlər sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun çox gəlməsi ilə bağlı iddialar kütləvi hal alıb. Abonentlər elə düşünür ki, “Azərişıq” elektrik haqlarını düzgün hesablamır.

Buna səbəb isə evlərə göndərilən qəbzlərdə aylıq elektrik sərfiyyatı əvvəlki aylara nisbətdə daha çoxdur.

Məsələ ilə bağlı Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Azərişıq" ASC-nin Təlim Tədris mərkəzində media nümayəndələrinin iştirakı ilə tədbir keçirib.

Tədbirdə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz, iqtisadçı ekspert İlham Şaban və "Azərişıq"ASC-nin rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə AES.net proqramı ilə narazı abonentlərin sayğac kodu yoxlanılaraq, onlara detallı qaydada izah olunub. Həmçinin abonentlərə tədbirə canlı qoşularaq, problemlərini səsləndirmək imkanı yaradılıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədxanov problemə aydınlıq gətirib:

"Bu gün smart və elektron sayağaclar bir sistemlidir və heç bir kənar müdaxilə mümkün deyil. Onların hər hansı funksiyası varsa, bu o sayağacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə isə abonentlərin sayağaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratotiyaya gətirib və yoxlayırıq. Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik bir saat ərzində istehlak etdiyi enerjini sayağac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayağacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu elə də çətin deyil”.(modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərişıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 23:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com