Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
10:05
`Azəriqaz` gücləndirilmiş iş rejimində çalışacaq

SOCAR-ın “Azəriqaz” İB Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar, 15 iyun tarixdən 20 iyun tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

İB-dən verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla  fasiləsiz  təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə İB tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

“Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti idarəsində, Texniki istismar şöbəsində, Sumqayıt Qaz İstismar Sahəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur”, - deyə İB-nin yaydığı məlumatda bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : azəriqaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 04:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com