Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2017
09:21
Azərbaycan XİN-dən QÜDS açıqlaması

Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Bu barədə FaktXəbər-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

“Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”, - deyə H.Hacıyev əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib.

D.Tramp qeyd edib: "Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 23:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com