Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

12 İyul

2017
10:08
375
Azərbaycan və Ermənistan prezidentləri ilin sonuna kimi görüşə bilər

Qarabağ məsələləri üzrə beynəlxalq vasitəçilər  Azərbaycan və Ermənistan rəhbərliyinə  ilin sonuna kimi görüşməyi  təklif edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Ermənistan xarici siyasət qurumunun Mətbuat Xidmətinin rəhbəri Tiqran Balayan bəyan edib.

 «ATƏT MQ-nun Qarabağ üzrə vasitəçiləri nazirlərdən  xahiş ediblər ki, prezidentlərə il ərzində sammit keçirməyi təklif etsinlər», - deyə bəyanatda bildirilir.

«Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün cari ilin senqntyabr ayında  Nyu-Yorkda  BMT Baş Asambleyasının sesiyası çərçivəsində keçirmək barədə razılıq əldə olunub», - deyə Balayan vurğulayıb.

Xatırladaq ki, iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib.Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.

Məqalədə : Azərbaycan Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru