Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

29 Avqust

2017
11:57
2582
Azərbaycan Təhsil Nazirliyindən anlaşılmaz qərar

Təxminən 1 il əvvəl Təhsil Nazirliyinin qərarı ilə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin tərkibində “Olimpiada sinfi” deyilən qrup yaradıldı. Bu qrupa şagirdlərin seçilməsi isə 3 mərhələdən ibarət, çətin bir proseslə başa gəlmişdi.

Belə ki, 2016-cı ilin oktyabr-dekabr aylarinda TN-nin təşəbbüsü ilə riyaziyyat fənni üzrə 3 mərhələdən ibarət fənn müsabiqəsi keçirildi. Müsabiqəyə bütün respublika üzrə ən yaxşı şagirdlər qatılmışdı. Müsabiqənin məqsədi istedadlı şagirdləri seçmək, onları daha yüksək  səviyəli bilik yarışmalarına və olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək idi. Müsabiqədə 3 mərhələnin yekununa əsasən ən yaxşı nəticə göstərmiş şagirdlərdən ibarət olimpiada qrupu təşkil edildi.

Qrupda 20-yə qədər şagird var idi. Məşğələlərdə dünyanın ən aparıcı olimpiada hazırlıq  mərkəzlərinin (Amerika, Çin, Sinqapur, Türkiyə və.s ) ədəbiyatlarından (əsasən elektron şəkildə) istifadə olunurdu. 

2016-cı ilin sentyabr ayından başlayaraq keçirilən dərslər öz bəhrəsini verməyə başlamışdı. Liseydə yaradılan VIII sinif olimpiada qrupu 2016-2017-ci ildə respublika üzrə keçirilən IX sinif olimpiadalarında iştirak edərək indiyə qədər barmaqla göstərilən liseyləri qabaqladı.

FaktXəbər-in əldə etdiyi məlumata görə, Liseydə yaradılan bütün şərait mükəmməl olub və şagirdlərin oxuması üçün heç bir çətinlik yaranmayıb. Uzaqda qalanlar üçün Lisey tərkibindəki yataqxana, internetdən dərs vəsaitlərinin əldə edilməsi üçün geniş istifadə imkanı, günorta yeməyi və dərslərə müəllim nəzarəti altında hazırlıq qrupu təhsilimizin, eləcə də ölkənin gələcəyi üçün müsbət yöndə fikirləşməyə imkan verirdi. Riyaziyyat və fizika fənləri üzrə gücləndirilmiş dərs sistemi də mükəmməl idi. Bundan əlavə, Amerikadan dəvət edilmiş və şagirdlərin dünya olimpiadalarında ingilis dilindən əziyyət çəkməmələri üçün çağırılmış dil müəllimi də olimpiada qrupunun hazırlanmasında həvəslə iştirak edirmiş. Amma...

Amması budur ki, Təhsil Nazirliyi 2016-2017 dərs ili başa çatdıqdan sonra qəfil qərarla sözügedən və cəmi 9 aylıq dərslə uğurlara imza atmağa başlamış olimpiada qrupunu ləğv edib. Bununla bağlı isə valideynlərə heç bir rəsmi açıqlama verilməyib. Sadəcə olaraq məktəb rəhbərliyi valideynlərə deyib ki, qrup ləğv olunub. Səbəb? Səbəb barədə danışan və cavabı bilən yoxdur.

Buradan isə bir nəticə çıxarmaq olar: Təhsil Nazirliyində kimlərsə bu olimpiada qrupunun uğurlarını həzm edə bilməyib. 9 ay keçirilən dərs sistemi ilə özlərini göstərməyə başlayan şagirdlər elə məhz o kimlərinsə nəzarətində olan liseyləri geridə qoyub. Məhz həmin 9 aylıq dərslə liseyin VIII sinif şagirdləri beynəlxalq olimpiadalarda uğur qazanıblar, özü də 9-cu siniflər arasında.

Ümid edək ki, bu qrupun nəyə görə ləğv edilməsi barədə Təhsil Nazirliyindən rəsmi cavab veriləcək.

Məqalədə : olimpiada qrupu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru