Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
16:23
123
Azərbaycan qanunlarını saymayan Lapşinə 6 il 6 ay həbs cəzası istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı A.Lapşinin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib və əlavə edib ki,  Lapşin cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Azərbaycanın hüdudlarından məcburi şəkildə kənarlaşdırılmalıdır.

Növbəti proses iyulun 19-a təyin edilib.

A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Məqalədə : Lapşin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru