Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Dekabr

2014
21:34
2355
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib - FOTO

Bu gün prezident İlham Əliyev Sabirabad rayonuna səfər edib.

FaktXəbər-in məlumatına görə, dövlət başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Prezident İlham ƏliyevNizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak edib.

Daha sonra prezident İlham Əliyev Sabirabad şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub. Sabirabada səfəri çərçivəsində dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında da iştirak edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısı ölkə üçün indiyədək əsas problemlərdən biri olan içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı işlər görüldüyünü deyib. Azərbaycan prezidenti ölkədə sosial məsələlərin əsas prioritet olduğunu deyərək bu sahədə Sabirabadda görülən işlərdən razılığını ifadə edib. Bildirib ki, dövlət bütün sosial layihələrin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.

Daha sonra prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Sabirabad da daxil olmaqla Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq. Artıq “ASAN ödəniş” sisteminin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə ödəniş terminallarının ictimai yerlərdə quraşdırılmasına başlanacaq.

Dövlət başçısı səyyar “ASAN xidmət” avtobuslarında yaradılan şəraitlə də tanış olub. Ən müasir server və şəbəkə avadanlığının quraşdırıldığı bu avtobuslarla 2014-cü ildə 25 məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin olunub. Qeyd edilib ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq tikilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru