Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 İyul

2017
14:30
1208
Azərbaycan Prezidenti: `İşğalçı ölkə danışıqlar masasına qayıtmağa məcbur oldu`

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ilin birinci yarısında Azərbaycanın haqlı mövqeyində bir çox irəliləyişlər olub".

FaktXəbər-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. 

Son hadisələr Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdi

Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma referendum dünya birliyi və beynəlxalq birliklər tərəfindən tanınmayıb: "Bununla da beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib.

Bundan əlavə, ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb".

Prezident daha sonra bildirib ki, münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistan həmişə təxribatlara əl atıb:

"Bunu illər əvvəl Ermənistan parlamentində baş vermiş terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının Azərbaycan ordusu tərəfindən layiqincə alınması da təsdiq edir.

Ötən ay da törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir hərbçisinin şəhid oldu. Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavad verdi. Bir neçə gün öncə də Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsi hərbi cinayətdir. Bu, Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdi. Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, Zəhranın və nənəsinin qanı yerdə qalmadı".

Prezident İlham Əliyev həmçinin dövlət məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməli olduqlarını söyləyib. O, xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib. 

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 04:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru