Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Oktyabr

2017
13:51
1038
Azərbaycanın yeni energetika naziri kollektivə təqdim olunub - FOTO

Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi- Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib. 

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, Əli Əsədov Pərviz Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. 

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov çıxış edərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. Pərviz Şahbazov Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsindəki 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək,  bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib. 

Qeyd edək ki, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təyin edilib.

Məqalədə : Pərviz Şahbazov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru