Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

19 Aprel

2017
14:28
613
Azərbaycanın xaricdə müxbirləri olan televiziya və agentlikləri - SİYAHI

Ölkə daxilində baş verən hadisələri ictimailəşdirmək, işıqlandırmaq missiyasını KİV nümayəndələri  həyata keçirir. Müxtəlif məsələlər gündəmə gətirilərək müzakirə obyektinə çevrilir. Dünyanın ən uzaq guşələrindən, ən qaynar bölgələrindən bir anın içində məlumat əldə edə  bilirik.

Təbii ki, xarici ölkələrə ezam olunan xüsusi müxbirlərin sayəsində hadisələr daha geniş işıqlandırılır. Xaricə ezam olunan müxbirlər həmin ölkənin ictimai-siyasi mədəni proseslərini yaxından izləməklə yerli media orqanlarına informasiya ötürürlər.

Azərbaycanda mövcud olan televiziyaların, agentliklərin, bəzi qəzet və saytların da dünyanın müxtəlif ölkələrində büroları, mərkəzləri fəaliyyət göstərir.

Modern.az saytı  bir neçə televiziya və agentliklərin hansı xarici ölkələrdə nə qədər müxbirinin fəaliyyət göstərməsini araşdırıb.

AzTV-nin ABŞ, Qərbi Avropa, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Orta Asiya, Ərəb ölkələri, Şimali Afrika, Çin, Yaponiya, Şərqi Asiya kimi ölkələrində xüsusi müxbirləri fəaliyyət göstərir.

Müxbirlərə gəlincə, Amerikada Leyla Əliyeva və Nicat Əliyeva, Türkiyədə Yalçın Əliyev, Əhməd Əkbərov, Rusiyada Zakir Musayev, Ukraynada Mövsüm Aslanov, Qazaxıstan və Orta Asiya ölkələri üzrə Sabir Paşayev, Gürcüstanda Şah İsmayıl Məmmədov, Ərəb ölkələri və Şimali Afrika üzrə Amal Alışarlı, Çin və Şərqi Asiya ölkələri üzrə Afaq Kəsərova, Qərbi Avropa ölkələri üzrə Eldar Məmmədov Pərvin Əkbərova, Böyük Britaniya və Şimali İrlandiya üzrə Rəna Nəsirova –Mustafayeva, Yaponiyada Günay Ağayeva fəaliyyət göstərir.

Trend informasiya agentliyinin Orta Asiya, İran və Rusiyada müxbirləri fəaliyyət göstərir.

APA-nin Rusiya, Türkiyə, İran, Fransa və  Gürcüstanda büroları var.

AZƏRTAC-ın  Türkiyə, İran, ABŞ, Fransa, İtaliya, İspaniya, Özbəkistan, Qazaxıstan, Rumıniya, Ukrayna, Almaniya, Macarıstan, Rusiya, Misir, İordaniya, Pribaltika ölkələri və Gürcüstanda fəaliyyət göstərən müxbirləri var.

ATV –nin Şərqi Avropaya ezam olunmuş bir müxbiri var ki, o da bütün Avropa xəbərləri barədə məlumat verir. Kanalın Gürcüstanda da müxbiri var. Həmçinin,  ATV kanalı bir sıra agentliklərlə müqavilə əsasında çalışır. Müqaviləyə əsasən  illik ödəniş ödənilir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com