Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
11:05
Azərbaycanın sığorta bazarı 44% böyüyüb

Bu ilin I yarısında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 396,371 mln. manat məbləğində sığorta haqqı toplayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,5% çoxdur. 

6 ay ərazində sığorta şirkərlərinin ödənişləri isə 119,303 mln. manat olub ki, bu da illik müqayisədə 0,4% azdır. 

Hesabat dövründə könüllü sığorta bazarı üzrə haqlar 286,84 mln. manat, ödənişlər isə 87,11 mln. manat, icbari sığorta bazarı üzrə haqlar 109,53 mln. manat, ödənişlər isə 32,19 mln. manat təşkil edib. 

Yanvar-iyun aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 30,1 manatını ödənişə yönəldib. Bu rəqəm 1 il bundan əvvəl 45,05 manat olub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sığorta bazarı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 04:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com