Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Yanvar

2017
15:05
561
Azərbaycanın qızıl-valyuta ehtiyatları açıqlanıb

2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikada qeyd edilib.

Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.

Qeyd edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb.

Statistikaya görə, dünyada qızıl ehtiyatlarının həcminə görə, ABŞ birinci yerdədir. Bu ölkənin 8 133,5 ton qızıl ehtiyatı var ki, bu da ümumi strateji valyuta ehtiyatlarının 74,2%-i deməkdir. İkinci yerdə 3 377,9 tonla Almaniya (68,1%), üçüncü yerdə BVF qərarlaşıb.

Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir. (apa)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru