Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
14:15
Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür

Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində anadan olub. O, 1991-ci ildən Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində fədakarlıqla vuruşmuş, Dağlıq Qarabağın Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni quldurlarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərmişdir. Xankəndi və Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, 1991-ci il dekabrın 9-da Kərkicahan yaxınlığındakı döyüşdə qəhrəmanlıqla həlak olub. Şuşa rayonu Quşçular kəndində dəfn olunmuşdur. Bakının Nizami rayonunda küçələrin biri onun adını daşıyır.    

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 07:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com