Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
10:14
396
Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları Almaniyada erməni stendini dağıdıb

FaktXəbər-in "Virtualaz.org"-a istinadən verdiyi məlumata görə, alman şəhəri Frankfurtda hər il keçirilən və bütün dünyada məşhur olan Frankfurter Buchmesse kitab yarmarkasında gərginlik yaşanıb. Buna səbəb ermənilərin həmin bədnam "böyük Ermənistan" iddiası və “DQR”i reklam etmək cəhdi olub.

Frankfurter Buchmesse - bu, yeniliklərlə tanış olmaq, kitab nəşri bazarının tendensiyalarını öyrənmək üçün ən münasib yerdir. Bu, internet-məlumat kitabçalarının bildirdiyi kimi, bir növ peşəkarların qurultayıdır. Bura başqa qitələrdəki kitab yayanlarla əlaqələri qaydaya salmağa, məşhur mətnin nəşrinə hüquqlar əldə etməyə, mətbəə innovasiyaları ilə tanış olmağa gəlirlər. Təbii, ədəbiyyatın sadə həvəskarları da başlarını qatmaq üçün yarmarkada nəsə tapırlar.

Frankfurter Buchmesse sərgisində naşirlər, agentlər, satıcılar, yazıçılar, tərcüməçilər, illüstratorlar, kitabxanaların, institutların və başqa təşkilatların nümayəndəsi olan mütəxəssislərlə qarşılamaq olar. Hələ... separatçılarla da.

Sərgidə "DQR" stendləri də yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin stendlər qopardılıb, hətta işə alman polisi də qarışıb...

Məqalədə : Frankfurter Buchmesse 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru