Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Avqust

2017
11:44
530
Azərbaycanlı zəvvarların son qrupu bu gün Həccə yollanıb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupları yola salınıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasından verilən məlumata görə, zəvvarı daşıyan iki təyyarə artıq Səudiyyə Ərəbistanının Ciddə şəhərinə enib.

Azərbaycanlı zəvvarlar avtobuslarla Ciddədən Məkkəyə yola düşüblər.

Qeyd edək ki, zəvvarların ilk qrupları avqustun 24-də yola salınıb.

Bu il Azərbaycandan Həccə 900 zəvvar gedib. 2016-cı ildə isə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir.

Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

Məqalədə : Həcc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru