Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2017
12:44
1629
Azərbaycanlı terrorçu apellyasiya şikayəti verib

İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Nicat Əhmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, işə Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrliyi ilə avqustun 30-da baxılacaq.

İttihama görə, N.Əhmədov 2015-ci ilin iyunun 21-də Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə Türkiyəyə, oradan isə Suriyaya gedib.

N. Əhmədov həmin il dekabrın 4-dək “İraq-Şam İslam Dövləti” - “İŞİD” adlı terror təşkilatına qoşularaq hərbi təlimlər keçib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 12:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status