Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
15:50
Azərbaycanlı məktəb direktorundan unikal tikinti layihələri - FOTO

Təqdim edəcəyimiz şəxs 1985-ci ildə Şəkinin Əliyar kəndində dünyaya gəlib. Samir Vəliyev 2007-ci ildə Azərbaycan Müəllim İnstitutunu bitirib. 2008-2013-cü illərdə oxuduğu məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 2013-cü ildən həmin məktəbin direktorudur. İxtisası dil-ədəbiyyat müəllimi olmasına baxmayaraq, uşaqlıqdan dizayn işlərinə böyük marağı olub. Məhz bu marağı onu 1 il ərzində 3 ölçülü dizayna aid 9 kitabı oxumağa və bu sistemi öyrənməyə yönəldib. O, indiyə kimi bir neçə dənə tikinti ideyası verib və bu tikililərin Azərbaycanda reallaşmasını istəyir.

FaktXəbər-in məlumatına görə, Samir Vəliyevin təqdim etdiyi ilk iş "UNO otel" adlanır. Müəllif bildirir ki,  otel səmada güclü konstruksiya üzərində dayanır və həmin konstruksiyanın ətrafı güzgü ilə bağlanır. Buna səbəb də güzgünün səmanı və ətrafı əks etdirməsi nəticəsində otelin səmadan asılı vəziyyətdə qaldığı görüntüsünü yaratmaqdır.

Növbəti işlər "Sevgi appersepsiyası" adlanan şadlıq sarayı və "Sevgi dalğaları" adlanan sualtı kafedir.

Daha bir iş isə "Ay-Ulduz" adlanan otel layihəsidir.

Bu isə 1744-cü ildə yaranmış Şəki xanlığının xəritəsini yuxarıdan özündə əks etdirən giriş qapısıdır.

Məqalədə : tikinti layihəsi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 13:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com