Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

03 Dekabr

2016
11:26
1466
Azərbaycanlılar üçün Rusiya pasportu almaq asanlaşır

Prezident Vladimir Putin hökumətdən, xüsusilə keçmiş SSRİ respublikaları vətəndaşlarının Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirmək üçün tədbir görməyi xahiş edib.

Bu barədə "İnterfax" məlumat yayıb.

"Mən dəfələrlə hökumətin diqqətini, xüsusilə keçmiş Sovet İttifaqı respublikalarının müəyyən kateqoriyalı vətəndaşlarının Rusiya vətəndaşlığı alması ilə bağlı məsələlərdə bürokratiyanın maksimum dərəcədə aradan qaldırılmalı olduğuna yönəltmişəm", - deyə "İnterfax" Putinin sözlərini sitat gətirib.

Prezident qeyd edib ki, "buna nail olmaq, o qədər də asan iş deyil, burada təhlükəsizliyin təmin edilməsi ilə bağlı xeyli məsələ var". O, həmçinin əlavə edib ki, mümkün sadələşdirmə müəyyən kateqoriyalı şəxslərə, məsələn yaradıcılıqla məşğul olan peşə sahiblərinə şamil edilməlidir. (Report)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : Rusiya pasport Putin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com