Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
15:53
Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri reytinqində

Azərbaycan dünyanın ən emosiyasız ölkələri siyahısına daxil edilib. Axşam hansı hissləri keçirməsi ilə bağlı suala azərbaycanlılar nə müsbət, nə də mənfi heç nə xatırlamayıblar. “Global Emotions 2018” siyahısına 145 ölkənin adı daxil edilib.

Araşdırma “Gallup” mərkəzi tərəfindən 2017-ci ildə keçirilib. 15 yaşdan yuxarı 154 min nəfər arasında sorğu aparılıb.

Müsbət emosiyalı ölkələr siyahısına Paraqvay, Kolumbiya, Salvador, Qvatemala, Kanada, Kosto-Rika, Ekvador, Honduras, Panama, eləcə də, İslandiya, İndoneziya və Özbəkistan daxil olub. 

Mənfi emosiyalı ölkələrə isə 146 ölkədən CAR, İraq, Cənubi Sudan, Çad, Serra-Leone, Misir, İran, Nigeriya, Fələstin, Liberiya, Madaqaskar və Uqanda daxil olub. 

Azərbaycan bu siyahıda qeyri-emosional ölkələr sırasında yer alıb. Azərbaycanlıların emosional səviyyəsini Belarus və Yəmən sakinləri ilə eyniləşdirmək olar. Ən emosional ölkələr isə CAR, Peru və Syerra-Leone olub.(oxu.az)

Məqalədə : Global Emotions 2018 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 11:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com