Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
11:59
795
Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb

Bakıda keçirilən Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclası çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Bunlar Anlaşma Memorandumu, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələrinin və avtobusların istehsalına dair sənədlərdir.

Onları Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıblar.

***

Bu gün Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclası işə başlayıb.

İclası giriş sözü iqtisadiyyat naziri Şahin Mustafayev açıb.

Daha sonra İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd çıxış edib. Onun sözlərinə görə, iclasda imzalacaq sənədlər iki ölkənin gələcək əməkdaşlığımı əks etdirəcək.

“Bu gün imzalanacaq sənədlərin icrası ilə məşğul olan komitə yaratdıq. Məqsədimiz növbəti iclasa qədər problemləri, nöqsanları aradan qaldırmaq, lazımi işləri həyata keçirməkdir. İki ölkə arasında müştərək investisiyaları artırmalıyıq”, - o deyib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-03-2019 15:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com