Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
14:30
Azərbaycanlı sabiq polis Moskvada liftdə qadın öldürdü-VİDEO

Rusiya paytaxtında polis əməkdaşları liftdə qadını öldürməkdə şübhəli bilinən şəxslərdən birini həbs ediblər. FaktXeber.com-un İnterfaks-a istinadla verdiyi məlumata görə, bu, Azərbaycan əsilli Rövşən Şabanovdur. 

Polislər onu  növbəti qarəti zamanı saxlayıblar. Şabanov artıq törətdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxs Azərbaycan hüquq mühafizə orqanlarının sabiq əməkdaşıdır. O, həmçinin bir neçə qarətdə də şübhəli bilinir.

Xatırladaq ki, 52 yaşlı qadın Moskvada yaşadığı binanın liftində ölü tapılmışdı. Onun cəsədində çoxsaylı bıçaq zərbələri aşkarlanmışdı, yanında isə ərzaq torbası dağılmış halda olub.

Hüquq mühafizəçilər müəüyyən ediblər ki, həlak olan şəxs mağazadan qayıdarkən qarətin qurbanı olub.

Farmasevt olan qadının pul qabından  bir neçə min rubl oğurlanıb.

İkinci qarətçi axtarışdadır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycanlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 17:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com