Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
15:10
Azərbaycanlı mühacir Almaniyada özünü yandırıb-VİDEO

Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı azərbaycanlı özünə qəsd edib. FaktXeber.com-un məlumatına görə, bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev yayıb.

Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial qurumun binasına daxil olub, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb.

O, ağır dərəcəli yanıqdan koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb. İlkin məlumata görə, Bağırov Emin Sumqayıtda anadan olub. Evlidir, iki uşağı var. Uşaqları Sumqayıtda yaşayır.

Hələ də komadan ayılmayan Eminin vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
380

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
312

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
503

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
360

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
334
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 16:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru