Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Aprel

2017
12:16
884
Azərbaycanlı deputatlar arasında fikir ayrılığı
Yeni təhsil müəssisələrinin tikilməsi ideyası deputatlar arasında fikir ayrılığına səbəb olub

“Xarici sərmayədarlara şərait yaradılmalıdır ki, Azərbaycanda təhsil müəssisələri tiksinlər. Bu, təhsilin inkişafı üçün çox önəmlidir, bütün yük dövlətin üzərində olmamalıdır”.

Bunu Azərbaycanda Milli Məclisinin Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitənin üzvü Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyevin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. O, bu məsələnin mümkün olmadığını deyib.

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar: “Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı şeylərdir”.

Komitə sədri İsa Həbibbəyli isə qeyd edib ki, təsisçinin azərbaycanlı olması vacibdir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru