Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 İyul

2017
17:28
4185
Azərbaycanda yeni tədris ilinin tətil günləri təsdiqlənib

Ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planları təsdiq edilib. Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir. Əmrə əsasən, Azərbaycanın tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2017-2018-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planına görə, siniflər üzrə həftəlik dərs saatlarının miqdarı ümumilikdə 35 saat müəyyən edilib.

Qeyd olunub ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə - birinci yarımil (15 sentyabr - 26 yanvar), ikinci yarımilə (1 fevral - 14 iyun) bölünür.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən edilib. 

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.          

Məqalədə : Mikayıl Cabbarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru