Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2017
20:04
1935
Azərbaycanda vəzifəli şəxsi iş otağında öldürdülər

Bu gün Tovuz rayonunda qətl hadisəsi baş verib. FaktXəbər-in məlumatına görə, qətlə yetirilən şəxs 20 ildir "Azərsığorta" ASC-nin Tovuz rayon şöbəsinin müdiri işləyən Raya Bayramovadır. 

Hadisə idarə müdirinin iş otağında baş verib. 

Mərhumun qızının da həmin idarədə işlədiyi bildirilir. 

İlkin müayinə zamanı Raya Bayramovanın iş otağında küt alətlə başından vurularaq qətlə yetirildiyi məlum olub. Bundan başqa, R.Bayramovanın müavininin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bəlli olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında R. Bayramovanın müavini 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğlu kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru