Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 İyul

2017
12:50
1155
Azərbaycanda Sümük iliyi transplantasiyası üzrə komissiya yaradılıb

Səhiyyə naziri Oqtay Şirəliyev “Sümük iliyi transplantasiyasının təşkili işinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən Sümük iliyi transplantasiyası üzrə Komissiya yaradılıb, onun tərkibi, eyni zamanda, Komissiya haqqında əsasnamə təsdiq edilib.

Sümük iliyi transplantasiyasının təşkili üzrə komissiyaya tapşırılıb ki, öz fəaliyyətində bu əmrlə təsdiq edilmiş əsasnamənin tələblərini rəhbər tutsun.

Əmrə əsasən sümük iliyi transplantasiyası nəzərdə tutulan xəstələrin növbəliyində obyektivliyi və şəffaflığı təmin etmək üçün elektron baza və proqram təminatı hazırlanacaq. 

Məqalədə : sümük iliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru