Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 May

2017
12:51
738
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Sabah, mayın 3-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-25° isti, Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 5-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir. 

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru