Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Fevral

2017
14:05
1483
Azərbaycandan 75 nəfər Həcc ziyarətinə yola düşüb

Bu gün Azərbaycandan 75 nəfər Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşüb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar Vətənə fevralın 11-də dönəcəklər.

H.Babayev bilidirib ki, Ümrə ziyarəti qiymətlərinin 1 550 və 2 250 dollar arasındadır: "Bu dəfə ziyarətə gedənlər bahalı xidmətdən istifadə edirlər. Onların hər biri beşulduzlu hoteldə yerləşdiriləcək. Gündə iki dəfə yeməklə təmin olunacaqlar. Ümrə ziyarətinə gedənlər üçün həkim xidmətinə ehtiyac olmur. Çünki Ümrə ziyarəti vaxtı sıxlıq yaranmır. Əgər ehtiyac olarsa, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Türkiyə xəstəxanalarına müraciət olunur".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru