Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2019
15:47
Azərbaycanda müzakirəsi gedirdi, Putin ləğv etdi

Rusiya prezidenti Vladimir Putin 1 yarımdan üç yaşına qədər uşağa qulluq üçün 50 rubl məbləğində aylıq kompensasiya ödənişlərini ləğv edən sərəncam imzaladı.

FaktXəbər bildirir ki, sənəd rəsmi məlumatların rəsmi internet portalında yayımlanıb.

“Rusiya Prezidentinin 30 may 1994-cü il tarixli 1110 nömrəli “Vətəndaşların bəzi kateqoriyalarına kompensasiya ödənişlərinin artırılması haqqında fərmanı etibarsız sayılsın”, - deyə məlumatda bildirilir.

Eyni zamanda, bu ödəmələri əvvəlcədən təyin edilmiş vətəndaşlar, son tarixə qədər onları almağa davam edəcəklər.

Avqust ayında Putin ehtiyac meyarını dəyişdirərək daha çox ailəyə aylıq ödəniş almağa imkan verən qanun imzalayıb.

Adambaşına gəlirləri yaşayış minimumundan 2 dəfə aşağı olan ailələr indi ehtiyac sahibi hesab ediləcəklər.

Onlar üçün ay yarımdan üç ilədək birinci və ikinci uşaq üçün bölgədəki yaşayış minimumu miqdarında aylıq ödənişlər veriləcək.

Qeyd edək ki, son günlər Azərbaycanda uşaqpullarının verilməsi barədi müzakirələr aparılır. Deputat Vahid Əhmədovun gündəmə gətirdiyi məsələyə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov münasibət bildirib.

A.Kərimov bildirib ki, hazırda Azərbaycanda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir. İl ərzində bunun üçün 494 milyon manat ayrılır. Bu müavinətlər 585 min uşağı əhatə edir.

A.Kərimov əlavə edib ki, təkcə bu il ərzində, ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb:" Prezident Ilham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. "Uşaq pulu" isə ünvanlılıq prinsipinə tam cavab vermir".

Məqalədə : uşaqpulu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
285

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
299

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
495

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
349

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
284

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
342

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
8105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 07:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru