Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2017
15:04
1726
Azərbaycanda güclü küləklər intensivləşib

Azərbaycanda küləklərin sürəti azalsa da, intensivliyi və təkrarlanmasında artım müşahidə edilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, getdikcə güclü küləklər tez-tez təkrarlanır, ölkəyə isti hava kütlələri daha çox daxil olur. Bu da iqlim dəyişmələri ilə əlaqədar proseslərdən biridir: “90-cı ildən sonra küləklərin intensivliyi daha çox qeydə alınır. Məsələn, əvvəllər 10 ildə 2 dəfə güclü külək əsirdisə, indi 10 ildə 4-5 dəfə olur”.

M.Həsənov əlavə edib ki, son günlər ölkə ərazisində müşahidə edilən güclü küləklər 3-5 ildən bir qeydə alınır: “Bu da ölkəmiz üçün gözlənilməz hadisə deyil. Keçid fəsli olan yazda atmosfer təzyiqi ərazilər arasında tez-tez dəyişdiyindən belə küləklər 3-5 ildən bir baş verir. Güclü küləklər 3 gün, maksimum 5 gün ərzində davam edir. Sonradan küləyin sürəti azalır və hava tədricən öz əvvəlki vəziyyətinə qayıdır”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru