Tarix:16-04-2017 22:52
Azərbaycanda zorakılıqla bağlı faktlar dəhşət saçır
Şərh yaz
Son illərdə məişət zorakılığının müxtəlif cinayət əməllərinin törədilməsi ilə nəticələndiyinin şahid oluruq. Məişət zorakılığı özünü öldürmə, özünü öldürmə həddinə çatdırma, zorlama və cinsi zəmində törədilən digər cinayətlərin, habelə qadını nikaha daxil olmağa məcbur etmə kimi cinayətlərin baş verməsi ilə nəticələnir. Bu sahədə müəyyən beynəlxalq hüquqi sənədlər də mövcuddur.
 
Buna misal olaraq, Avropa Şurası çərçivəsində qəbul olunmuş "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" 2011-ci il İstanbul Konvensiyasını göstərmək olar.
 
Beynəlxalq məhkəmə mexanizmlərinin, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində məişət zorakılığına toxunan işlərə baxılmasına rast gəlmək mümkündür.
 
Sputnik.az bildirir ki, ötən il məişət zorakılğı zəminində 897 cinayət hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məişət zorakılığı ilə bağlı qeydə alınmış hadisələrin 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir. Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11.8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15.8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub.
 
Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18.6 faiz artaraq 51 nəfər olub.
 
Sosioloq Əhməd Mansurovun sözlərinə görə, məişət zorakılığı hallarının baş vermə səbəbləri müxtəlifdir: "Məişət zorakılığı insanların yaxınlarına qarşı etdiyi zorakılıq hallarıdır. Təəssüflə qeyd etməliyəm ki, son dövrlərdə bu hallar tez-tez baş verir. Ailədaxili münaqişələrin, qadınların öldürülməsi, uşaqların öldürürlməsi və döyülməsi, intihar həddinə çatdırma və s. bu kimi hallar məişət zorakılığı hesab edilir".
 
Sosioloq hesab edir ki, məişət zorakılığı hallarının və bu zəmində baş verən cinayət hadisələrinin səbəbləri müxtəlifdir. Cinayət hadisələrinin motivlərinə nəzər salanda çox zaman səbəb kimi qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər diqqəti çəkir. Bəs bunun qarşısını almaq mümkündürmü?
 
Sosioloq hesab edik ki, bu, mümkün deyil.
 
"Məişət zorakılığı halları inkişaf etmiş cəmiyyətlərdə belə baş verir. Məişət zorakılığının qarşısını almaq mümkün olmasa da, fəsadlarının qarşısının alınması üçün müəyyən sənədlər nəzərdə tutulub. Bura Mühafizə Orderi də daxildir. Məişət zorakılığı ilə qarşılaşan insanların 90 faizi utandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdən boyun qaçırır. İnsanlar "camaat nə deyər?", "arvad da ərindən şikayət edərmi?", "filankəsi oğlu döydü", " filankəsi qızı vurdu" kimi söz-söhbəti eşitməmək üçün qarşılaşdıqları zorakılıq hallarını gizlətməyə çalışırlar.
 
Zorakılıq halları cinayətlə nəticələndiyi zaman isə artıq gec olur" - deyə sosioloq bildirir. Müsahibimiz hesab edir ki, məişət zorakılığının artmasına səbəb stereotiplərdir. Uşaqların, qadınların öldürülməsi, döyülməsi, yaşlılara qarşı zorakılıq hallarının psixoloji səbəbləri də var. Yəni ağlı başında olan, psixoloji problemi olmayan insan heç vaxt zorakılığa yol verməz.
 
Psixoloq Fərqanə Mehmanqızı sayta açıqlamasında bildirib ki, məişət zorakılığı zəminində baş verən ağır cinayətlərin əsas səbəblərindən biri psixoloji problemin olmasıdır: "Ata oğlunun başına altı çəkic zərbəsi vurub. Bunu ağlı başında olan insan edə bilməz. Yaxud, kişi öz həyat yoldaşının başını kəsir. Ümumiyyətlə, psixoloji problemi olmayan insanlar zorakılığa yol verməzlər. Bu insanların psixoloji durumunu nəzərdən keçirəndə onların bəzən affekt vəziyyətdə olduğunu görürük. Affekt vəziyyətinə düşən hər bir insan istəmədən belə amansız cinayətlər edə bilər".
 
Psixoloqun sözlərinə görə, affekt vəziyyətinə çox zaman uşaqlıqdan psixoloji zərbə almış insanlar düşə bilər: "Valideyn qayğısından məhrum, sevgisiz, əzilərək böyüyən insanlar sonradan qəddar cinayətkara çevrilə bilərlər. Buna görə də valideyinlər övladlarını sevgi ilə böyütməyə çalışmalıdır. Mən demirəm bütün cinayətlərin arxasında psixoloji problemlər durur, bəzən cinayət düşünülmüş, öncədən planlaşdırılmış da ola bilər. Amma əksər cinayətlərdə psixoloji problemlər əsas səbəbdir".
 
Hüquqşünas Elnur Aslanovun sözlərinə görə, məişət zorakılığı fiziki, psixi, cinsi zorakılığı, eləcə də iqtisadi xarakterli qanunsuz məhdudiyyətləri əhatə edir. Bu, "Məişət zorakılığının qarşısının alınması haqqında" 22 iyun 2010-cu il Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbindən irəli gəlir: "Məişət zorakılığı deyəndə çox zaman insanlar qadına qarşı zorakılığı başa düşür. Bu, tamamilə səhv fikirdir. Çünki digər ailə üzvləri, xüsusilə uşaqlar, habelə yaxın qohumluq münasibətlərində olan, yaxud birgə yaşayan və ya əvvəllər birgə yaşamış şəxslər də məişət zorakılığına məruz qala bilərlər.
 
Məhz bu baxımdan, sözügedən qanunun 4-cü maddəsi həmin şəxslərin dairəsini müəyyən edib. Belə ki, yaxın qohum olan ailə üzvləri (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlar, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslər, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumlara qarşı edilən zorakılıq halları da məişət zorakılığı hesab edilir".
 
Ekspert bildirir ki, Ailə Məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq, valideynlik hüquqlarından məhrumetmə üçün əsaslardan biri də məhz uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlərin edilməsidir. Məişət zorakılığı ilə bağlı baş verən hüquqpozmalara gəldikdə isə bununla bağlı müvafiq məhrumiyyət tədbirləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində təsbit olunur.
 
Cinayət Məcəlləsində bununla bağlı xüsusi normanın olmamasına baxmayaraq, məişət zorakılığı ilə müşayiət olunan cinayətlər Məcəllənin müxtəlif maddələri üzrə tövsif oluna bilər. Məsələn, qəsdən adam öldürmə (maddə 120); qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə (maddə 122); zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə (maddə 123); ehtiyatsızlıqla adam öldürmə (maddə 124); özünü öldürmə həddinə çatdırma (maddə 125); qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126); qəsdən sağlamlığa az ağır zərər vurma (maddə 127); qəsdən sağlamlığa yüngül zərər vurma (maddə 128); qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma (maddə 129); ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma (maddə 131); əzab vermə (maddə 133); öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (maddə 134); qanunsuz azadlıqdan məhrum etmə (maddə 145); zorlama (maddə 149); seksual xarakterli zorakılıq hərəkətləri (maddə 150); seksual xarakterli hərəkətlərə məcbur etmə (maddə 151); on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (maddə 152); əxlaqsız hərəkətlər (maddə 153); bərabərlik hüququnu pozma (maddə 154); qadını nikaha daxil olmağa məcbur etmə (maddə 176-1) və s.
 
Aslanovun sözlərinə görə, qeyd olunan cinayətlərin hər biri isə müvafiq maddələrin sanksiyasına uyğun olaraq öz-özlüyündə səciyyəvi cəzaların tətbiqini şərtləndirir. İnzibati Xətalar Məcəlləsi isə məişət zorakılığı ilə bağlı törədilən hüquq pozuntuları sağlamlıq əleyhinə olan inzibati xətalar kimi nəzərdə tutur.
 
Belə ki, Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması iki aspektdən qiymətləndirilir: "Birinci halda, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi və məişət zəminində psixi zorakılığa görə inzibati tənbeh tədbirləri nəzərdə tutulub. Belə ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə 100 manatdan 300 manatadək, məişət zəminində psixi zorakılığa görə isə 300 manatdan 500 manatadək məbləğində müəyyən edilib.
 
İkinci hal isə məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməyə görə nəzərdə tutulan 35 manatdan 50 manatadək cərimənin təsbit olunması ilə bağlıdır".
 
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək inzibati cərimə və ya 2 ayadək inzibati həbs nəzərdə tutulub. Bir şərtlə ki, baş verən döyülmə faktı sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla nəticələnməsin. Çünki bu hal artıq cinayət əməli kimi tövsif olunmalıdır.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Azərbaycanda - zorakılıqla - bağlı - faktlar - dəhşət - saçır -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:16-04-2017 22:52 - Oxundu: 394
Ailə-Uşaq
17-04-2017 14:28 Azərbaycanda hər 5 evlilikdən 1-i boşanma ilə nəticələnir
17-04-2017 14:21 Ölkədə əkiz doğulan uşaqların sayı açıqlanıb
16-04-2017 22:52 Azərbaycanda zorakılıqla bağlı faktlar dəhşət saçır
11-04-2017 20:56 Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb
10-04-2017 15:16 Sosial şəbəkə uşaqların özlərini bədbəxt hiss etməsinə səbəb olur
04-04-2017 14:31 Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA
29-03-2017 22:12 "YouTube"da uşaqlar üçün TƏHLÜKƏ - Valideynlərə xəbərdarlıq!
29-03-2017 14:06 Təkuşaqlı ailələrin sayı daha da arta bilər - XƏBƏRDARLIQ
14-03-2017 16:50 Uşaqlar ömrü uzadır
11-03-2017 20:45 Uşaqlarınızda diqqət dağınıqlığı varsa...
09-02-2017 22:47 Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
17-01-2017 10:11 Psixoloq: "Aqressiya uşaqlarda xəstəliklər yarada bilər"
12-01-2017 15:53 Uşağınızın yaddaşını belə yoxlayın - TEST
29-12-2016 15:24 Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ - əmilər, dayılar, bibilər azalır
23-12-2016 16:57 Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar
23-12-2016 16:19 Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
19-12-2016 09:37 Bakıda itkin düşən uşaq tapıldı - Amili belə bir addım atmağa nə vadar edib? - VİDEO
14-12-2016 16:21 Bu il Azərbaycanda 10 mindən artıq ailə dağılıb
02-12-2016 13:45 Smartfonlar ər-arvad söhbətinə müdaxilə edirmiş
29-11-2016 21:57 Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri
01-11-2016 14:22 Valideynlər uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur - Psixoloq
27-10-2016 16:41 Övladlarınızı küçədəki təhlükədən qorumaq üçün 10 faydalı məsləhət
24-10-2016 16:42 Körpələr 6 ayından valideynlərin sözlərini anlamağa başlayırlar
10-10-2016 17:03 İdeal valideyn kimdir?
04-10-2016 11:56 Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANIB
03-10-2016 12:39 Uşağım məktəbə getmək istəmir, nə edim? – PSİXOLOQ MƏSLƏHƏTİ
29-09-2016 09:19 Uşaqlar gün ərzində nə qədər su içməlidirlər?
28-09-2016 12:25 Hicran Hüseynovadan ailələrə MESAJ
24-09-2016 21:57 Diqqət dağınıqlığı: Kompüteri əla bilir, amma dərslərini hazırlaya bilmir
16-09-2016 11:06 QMİ-nin süni mayalanma ilə bağlı təklifləri belə olub
16-09-2016 09:54 Azərbaycanda uşağın cinsinin müəyyənləşdirilməsi qanunla qadağan olunur
15-09-2016 21:01 Bilik günü biliyə həsrət qalan UŞAQLAR
05-09-2016 10:32 Ağlayan uşağı sakitləşdirməyin ən asan yolu- VİDEO
03-09-2016 20:46 Ölkədə normal uşaq verlişləri niyə hazırlanmır?
02-09-2016 16:21 Övladı universitetə ​​gedən valideynlər, BUNLARI BİLMƏLİSİNİZ
02-09-2016 11:14 Yetim psixologiyası - Valideynsizliyin FƏSADLARI
01-09-2016 10:44 Uşaqları pulla davranışa hansı yaşdan öyrətməliyik? - VİDEO
30-08-2016 16:35 Uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA
16-08-2016 22:17 Uşaqların inkişafını ləngidən 8 əşya - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
13-08-2016 10:42 Boşanmaların sayı çoxalıb - STATİSTİKA
28-07-2016 10:10 Biz ailəni dağıdırıq, bəs uşaqlar necə olacaq?
26-07-2016 11:33 Qoyun, uşağınız qumla oynasın - MÜHÜM FAYDALARI
14-07-2016 11:19 5 ayda Azərbaycanda 5 mindən çox boşanma qeydə alınıb
01-07-2016 12:04 Uşaqları nənə-babaya etibar edək? - MÜTƏXƏSSİS RƏYİ
30-06-2016 16:19 Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ
29-06-2016 15:50 İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olmaq üçün...
23-06-2016 16:23 Elm adamları: Nəvələr nənə və babalarını daha sağlam edir
21-06-2016 15:32 DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...
20-06-2016 21:56 Uşaqlarınızı kompüterdə itirmək istəmirsinizsə...
16-06-2016 15:14 Uşağın qabına yeməyi az qoyun - İştahsızlıqla mübarizə yolları
16-06-2016 12:28 Uşaqların atalarla danışmağa daha çox ehtiyacı varmış
16-06-2016 12:00 Ailə həyatı quranlarla boşananların rəsmi statistikası açıqlanıb
14-06-2016 16:09 Uşağın SOSİAL İNKİŞAFI üçün nə etməli?
13-06-2016 21:16 Qızdırması olan uşaqlara bunları etməyin - PEDİATR MƏSLƏHƏTİ
13-06-2016 16:29 Alimlər uşaq üçün ən ideal yuxu saatlarını açıqlayıb
10-06-2016 12:23 600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub - SON 4 AYDA
10-06-2016 11:44 Uşaqlarını döyən valideynlər bu dəhşətli sona hazır olsunlar
10-06-2016 09:53 Evlilikdə bu “yolverilməz” səhvi ETMƏYİN!
07-06-2016 17:00 Körpənin ağlaması ziyanlıdırmı?
04-06-2016 22:30 Diqqət əksikliyi və hiperaktivlik

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Qəbul səviyyəsi "sıfır" olan məktəblərin adları açıqlanıb - SİYAHI
27-04-2017 11:16
DİM: "Qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb"
27-04-2017 11:09
DYP maşını qaydanı pozub, qəza törətdi - ölənlər var
27-04-2017 13:36
II və III-cü ixtisas qruplarının imtahan günü müəyyənləşdi
27-04-2017 12:36
Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 10:16
Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib - FOTO-VİDEO
27-04-2017 09:00
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-04-2017 11:27
Azərbaycanlı diplomatın arvadı Nyu-Yorkda oğurluqda ittiham olunub
27-04-2017 10:45
Selin apardığı qadın ölümdən son anda qurtuldu - VİDEO
27-04-2017 12:40
Ukrayna Hollivud ulduzunu "qara siyahı"ya salıb
27-04-2017 09:57
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az