Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Mart

2017
09:49
1991
Azərbaycanda yeganə olan uşaq qəbirsanlığı - VİDEO

Uşaq qəbristanlığı... Adından da görüldüyü kimi burada yalnız uşaqlar dəfn olunub. FaktXəbər-in XezerTV-yə istinadən bildirir ki, bu məzarlıq Sumqayıt-Bakı yolunun üstündə yerləşən Sumqayıt şəhər qəbiristanlığının yanındadır. Qəbristanlığın yaranma tarixi isə təxminən 30 il əvvəllə söykənir. belə ki 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində şəhərin ekoloji vəziyyəti ilə bağlı ölü doğulan uşaqların sayı artmış, habelə şikəst və zəif doğulan uşaqların ölüm halları artmışdı.

Məhz bundan sonra bura uşaq qəbristanlığı adı verilib. Ölkədə yeganə belə məzarlıqdır. Baxmayaraq ki, qəbristanlıq 30 il əvvəl körpələrin kütləvi ölümü zərurətindən yaranıb, amma indi də dünyasını dəyişən azyaşlıların burada dəfn edənlər var.

Buradakı qəbrirlərin əksəriyyəti sadə olsa da fərqli seçilən qəbrilər də var. Həmin qəbirlər isə sonradan orda dəfn olunan uşaqlara aiddir. Şəhər sakinləri bildirirlər ki, hazırda dünyasını dəyişən uşaqların uşaq qəbiristanlığında dəfn edilməsi nadir hallarda olur. Əksər insanlar dünyasını dəyişən uşaqları qohum əqrabalarının yanında dəfn edirlər.

İlahiyyatçılar isə ayrıca uşaq qəbirsanlığının mövcudluğunu məqbul hesab etmir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 19:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru