Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
12:17
Azərbaycanda uşaqlar bu qidaya görə zəhərlənib

Lənkəranda uşaqlar arasında zəhərlənmələr artıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə olan 4 uşaq gətirilib. Onların hər birinə qanda parçalanma diaqnozu qoyulub. Həkimlər bu halı paxlalı bitkilərdən istifadə zamanı baş verən zəhərlənmənin nəticəsi kim qiymətləndiriblər.

Eyni gündə Masallı rayon sakini 2012-ci il təvəllüdlü Əliyev Mustafa Mahir oğlu, eyni yaşda olan Lənkəran şəhər sakini Axundov Əli Vüsal oğlu, Yuxarı Nüvədi kənd sakini Əlizadə Zeynəb Xanbala qızı və Separadi kənd sakini olan 2015-ci il təvəllüdlü Məmmədov Səfərsadiq Tofiq oğlu xəstəxanaya gətiriliblər. Təcili olaraq onların qanları yuyulub, zəruri tədbirlər görülüb. Hazırda vəziyyətləri sabit olaraq qalır.

Son günlərdə eyni vəziyyətdə daha bir neçə azyaşlı xəstəxanaya gətirilib. Onlardan birinin vəziyyəti daha ağır olduğundan müalicə almaq üçün Bakıya göndərilib.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : zəhərlənmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 15:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com