Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
12:18
1387
Azərbaycanda terrorçuların dəfn yeri açıqlanmayacaq

Azərbaycanda terrorçuların cənazələri qohumlarına verilməyəcək və dəfn yeri açıqlanmayacaq.

Bu, yeni təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən həyata keçirilir.

Azadlıqdan məhrumetmə yerlərində və ya sosial xidmət müəssisələrində ölən şəxslərin cənazəsi onların qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, azadlıqdan məhrumetmə yerinin rəisi və ya sosial xidmət müəssisəsinin müdiriyyəti cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

Tibb müəssisəsində ölmüş şəxsin meyitinin məhkəmə-tibb və ya patoloji anatomik müayinəsi üçün göstəriş olmadıqda, cənazə həmin tibb müəssisəsi tərəfindən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onu dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, tibb müəssisəsi cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

Məqalədə : dəfn yeri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
66

Günün qarşılaşmaları TV AFİŞA

22

May
12:30
İDMAN
976

Kolleclərə qəbul üzrə minimal ballar

22

May
12:22
ELM / TƏHSİL
560

Ümidli və ümidsiz insan arasındakı fərq

22

May
12:07
RAMAZAN AYI
110

Monitorinq olacaq

22

May
11:11
HƏRB
49
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 13:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru