Azərbaycanda qida əlavələri ilə bağlı YENİ TƏLƏB qoyulur

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
22:29
2423
Azərbaycanda qida əlavələri ilə bağlı YENİ TƏLƏB qoyulur

Azərbaycanda bioloji fəalllığa malik qida əlavələri ilə bağlı yeni tələbin qoyulması təklif edilir.

Bununla bağlı "Dərman vasitələri haqqında" qanuna əlavələr edilir.

Qanuna təklif edilən əlavəyə əsasən, bioloji fəalllığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.

Qanuna edilən digər dəyişikliyə əsasən, bioloji fəalllığa malik qida əlavələri dərman vasitələri ilə eyni dozalı ola bilməz.

Qanuna təklif edilən bu dəyişikliklər Milli Məclisin mayın 18-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar hesab edilir. (Trend)

Məqalədə : qida qanun 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 21:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com