Tarix:27-12-2016 13:13
Azərbaycanda qışda 4 mərtəbədən artıq bina tikilişnə qadağa qoyuldu
Şərh yaz
Azərbaycanda bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi nəzərdə tutulmalı olan tədbirlər müəyyənləşib.
 
Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi və dekabrda qüvvəyə minən “Daş və armaturlanmış daş konstruksiyalar. Layihələndirmə normaları”nda əksini tapıb.
 
Bu normalar yeni tikilən və rekonstruksiya olunan bina və qurğuların daş və armaturlanmış daş konstruksiyalarının layihələndirilməsinə şamil edilir. Bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi tədbirləri nəzərdə tutulmalıdır. Qış vaxtı mənfi temperaturlarda bina və qurğuların inşasında tətbiq olunan hörgü üsulu əvvəlcədən dəyərin, əməktutumunun, sementin, elektrik enerjisinin, yanacağın sərfinin və s. optimal göstəricilərini təmin edən texniki-iqtisadi hesablama ilə əsaslandırılmalıdır. Qış hörgüsündə qəbul olunan üsul konstruksiyaların möhkəmliyini və dayanıqlığını həm tikinti dövründə, həm də istismar vaxtı təmin etməlidir. Kərpicdən, düzgün formalı daşlardan və iri bloklardan qış hörgüsü aşağıdakı üsullardan biri ilə yerinə yetirilməlidir:
 
-  hörgü materiallarını korroziyaya uğratmayan,  şaxta əleyhinə kimyəvi əlavələrdən istifadə etməklə, şaxtada qızdırılmadan bərkiyən və markası 50-dən aşağı olmayan məhlullarda;
-    kimyəvi əlavəsiz, markası 10-dan aşağı olmayan adi məhlullarda, dondurma üsulu ilə.
 
Bu halda konstruksiya elementləri onların  həm birinci ərimə müddətində (təzə əriyən məhlulun ən aşağı möhkəmliyində), həm də binaların sonrakı istismar dövründə  lazımi möhkəmliyə və dayanıqlığa malik olmalıdır. Dondurma üsulu ilə tikilən daş konstruksiyaların hündürlüyü hesabatla təyin olunur, amma 15 m-dən və dörd mərtəbədən artıq olmamalıdır. Azmərtəbəli binaların (üç mərtəbəyə qədər) bünövrələrinin, yastı daşlardan markası M25-dən aşağı olmayan məhlullarda, xəndəyin divarına birbaşa söykənmiş dondurma üsulu ilə yerinə yetirilməsinə yol verilir;
- dondurma üsulu ilə tikilən konstruksiyaların markası M50-dən aşağı olmayan, kimyəvi əlavələrsiz adi məhlullarda, hörgünün, binanın üst konstruksiyaları ilə yüklənməsi üçün lazım olan möhkəmlik alması müddətində qızdırılması.
 
Qış hörgüsünün yekun möhkəmliyini təmin etmək üçün tədbirlər (məhlulun markasının yüksəldilməsi, möhkəmliyi yüksəldilmiş kərpic və daşların tətbiq olunması və ya ayrı-ayrı hallarda torla armaturlanmanın tətbiq edilməsi) işçi cizgilərdə göstərilməlidir. Bu tədbirlər kimyəvi əlavəli məhlullarda yerinə yetirilən hörgüdə yük saxlama qabiliyyəti 90%-dən çox, dondurma üsulu ilə yerinə yetirilən hörgüdə 70%-dən çox istifadə edilən elementlər üçün tətbiq olunur. Şaxta əleyhinə kimyəvi əlavəli məhlullarda qışda inşa edilən yüksək mərtəbəli binaların (9 mərtəbə və çox) işçi cizgilərində müxtəlif hazırlıq mərhələləri üçün ayrı-ayrı mərtəbələrdə məhlulun aralıq tələb edilən möhkəmliyini göstərmək lazımdır. Dondurma üsulu ilə yerinə yetirilən, qızdırılan qış hörgüsünün möhkəmliyi kəsiyin tam və ya bir hissəsində məhlulun tədricən bərkiməsi nəzərə alınmaqla təyin edilməlidir. Konstruksiyaların qızdırılmasına yalnız süni donmanın açılması müddətində hörgünün lazım olan yük saxlama qabiliyyətinin hesabatla yoxlanılmasından sonra yol verilə bilər. Dondurma üsulu ilə yerinə yetirilən divar hissələrində (dirəklərdə, divar aralıqlarında) donmanın açılması mərhələsində gərginliyin artması hesablamalardan aşkar edilmişsə, onda donmanın açılmasından sonrakı mərhələlərdə hörgünü pazlar və müvəqqəti dayaqlarla gücləndirmək lazımdır.
 
But-beton və kələkötür butdan, donmanın açılması mərhələsində vibrasiya və ya yüksək dinamik yüklərə məruz qalan və donmanın açılması mərhələsində boyuna yüklərdən 10% artıq eninə yüklərin təsirinə məruz qalan konstruksiyalar üçün donma üsulu ilə adi məhlullarda hörgünün aparılmasına yol verilmir. Nəm olan sexləri, hamamları, camaşırxanaları və istilik texnikası üzrə yüksək rütubətli binaların, həmçinin havasının temperaturu  40 dərəcədən çox olan binaların və su səviyyəsinin dəyişmə zonasında və bilavasitə su altında yerləşən hidroizolyasiyasız konstruksiyaların inşasında məhlullara şaxtaya qarşı əlavə kimi yalnız natriy nitritinin tətbiqinə icazə verilir. Natriy-nitrit, potaş, qarışıq kompleks əlavəli məhlulların, bilavasitə öncədən protektor örtüklərlə üzlənməyən, sinklənmiş və alüminium qoyma hissələrlə təmasda olmasına yol verilmir. Potaş əlavəli məhlulların markası 100-dən və şaxtaya davamlılıq markası F 25-dən az olan silikat kərpiclərdən inşa edilən divarlarda tətbiq olunmasına icazə verilmir. Qış fəsli şəraitində üzlük tavalarla eyni vaxtda inşa olunan daş divarların layihələndirilməsində üzlük qatının və hörgünün fərqli deformasiyalı olmalarını nəzərə almaq lazımdır. Layihədə çatların yaranmasının və üzlüyün əsas divarlardan ayrılmasının qarşısını alan tədbirlər göstərilməlidir.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş
Teqlər :
Azərbaycanda - qışda - 4 - mərtəbədən - artıq - bina - tikilişnə - qadağa - qoyuldu -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:27-12-2016 13:13 - Oxundu: 166
Hüquq
21-01-2017 21:10 MTN zabiti vəzifəli şəxslərin kartlarından pulları necə oğurlayıb?
21-01-2017 20:24 "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunda dəyişiklik
20-01-2017 12:07 Azərbaycan Baş Prokurorluğu: Mixail Qorbaçov istintaqdan yayınıb
19-01-2017 16:33 İlahiyyatçı Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi başlayıb
19-01-2017 15:25 MTN əməkdaşı adı ilə 3,4 milyon dolları ələ keçirənlərə hökm oxunub
19-01-2017 11:38 MTN generallarının məhkəməsi başladı
19-01-2017 11:05 Məhkəmə Əli İnsanovun apelyasiya şikayətini təmin etmədi
19-01-2017 10:34 Rabitədə nəğd ödəniş ləğv olunur - Sərəncam imzalanıb
18-01-2017 15:06 Mövsüm Səmədovun Qobustana göndərilməsi üçün hazırlıq gedir - VƏKİL
18-01-2017 12:56 Hər ay qovşaqlardan 5 min manat alınırmış - “RABİTƏ İŞİ”
17-01-2017 15:20 Zülfüqar Mikayılov da ağır maddələrlə ittiham olunur - SİYAHI
17-01-2017 15:01 Natiq Kərimovun məhkəməsinin vaxtı məlum oldu
17-01-2017 11:16 N!DA-çı fəal 30 sutka həbs edilib
16-01-2017 20:53 "Nardaran işi" məhkəməsindən VİDEOREPORTAJ
16-01-2017 16:49 Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb
16-01-2017 16:29 58 nəfər terrorçu Azərbaycan vətəndaşlığından çıxarılıb
16-01-2017 16:19 Yol polisindən piyadalara qarşı sərt addım – Əmlaka həbs qoyulacaq
16-01-2017 15:17 Çovdarov: "Günah prokurorlardadır ki, belə şərəfsizləri..."
16-01-2017 15:17 Məhkəmə polis avtomobilini çəkiclə əzən şəxsin vəsatətini təmin edib - VİDEO
16-01-2017 14:04 "Nida"çı gəncə hökm oxundu
16-01-2017 10:41 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hesabat verdi
14-01-2017 10:32 Ötən il Bakıda 2 qətl, 9 quldurluq cinayəti bağlı qalıb
13-01-2017 16:43 "Nardaran işi"ndə təqsirləndirilən digər qrupun məhkəməsi başlayır
13-01-2017 16:06 Şahid: “Qovşağa ayrılan pulların 90 faizi “Aztelekom”a qaytarılıb” - “RABİTƏ İŞİ”
13-01-2017 14:08 Uşaq oğurlayan şəxsə hökm oxundu - 12 il həbs
13-01-2017 10:02 Novella Cəfəroğlu siyasi məhbus siyahısı ilə bağlı birgə iş təklif etdi
12-01-2017 20:43 Vergi amnistisiyası haqqında qanun təsdiq edildi
12-01-2017 20:03 DİN Mehman Hüseynova görə Baş Prokurorluq qarşısında vəsatət qaldırıb
12-01-2017 19:19 Ali Məhkəmədə maaşlar artırıldı
12-01-2017 16:24 Postsovet ölkələri vizadan imtina edir, bəs Azərbaycan?
12-01-2017 15:03 Natiq Kərimovun işi yenidən icraata verilib
12-01-2017 14:53 Ömürlük həbsdə yatan "Sadval"çının məhkəməsi keçirilib
12-01-2017 12:43 Azərbaycanda soyqırımı cinayəti ilə bağlı yeni qanun hazırlanır
11-01-2017 21:33 Xəstələrin də hüquqları müdafiə olunacaq
11-01-2017 21:09 Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə yaranıb
11-01-2017 19:11 ''Nardaran işi''ndə təqsirləndirilənlər son söz söyləyiblər
11-01-2017 14:15 Dövlət idarəsindəki "paket maaş" məhkəmədə ifşa edildi
11-01-2017 13:20 "Nardaran işi" vəkillərin çıxışı ilə davam edib
11-01-2017 10:04 Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlandı
10-01-2017 20:20 Əli İnsanovun həbs müddəti uzadılıb
10-01-2017 16:34 Mehman Hüseynov 200 manat cərimələnib sərbəst buraxıldı - VİDEO
10-01-2017 15:31 Ədliyyə Nazirliyinin əməkdaşları Qubada icra məmurlarından izahat alıb
10-01-2017 14:15 Natiq Kərimovun məhkəməsində hakim özünə etiraz edib
10-01-2017 11:33 Mehman Hüseynova "polisə tabe olmama" maddəsi irəli sürülüb - YENİLƏNİB
10-01-2017 11:17 DİN Mehman Hüseynovla bağlı araşdırmaya başladı
10-01-2017 11:07 Ombudsman Aparatı: Nuray Bayramzadə təhsildən yayınıb
10-01-2017 09:13 Yeni məzarlıqlarda qiymət necə olacaq?
09-01-2017 16:42 "Nardaran işi" barədə məhkəmə bu gün başa çata bilər - VİDEO
09-01-2017 16:27 Baş Prokurorluq: ANS rəhbərliyi barəsində cinayət işi yoxdur
09-01-2017 16:07 "Polis mənə "rədd ol" dediyi üçün maşını əzdim"
09-01-2017 12:48 Akif Çovdarovun məhkəməsində Tağı Əhmədov danışacaq
08-01-2017 22:27 Misir Mərdanovun xalası oğlunu seçkiqabağı silahlı qiyamda ititham ediblər
08-01-2017 00:23 Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb
08-01-2017 00:16 İsrailli blogeri Azərbaycana təhvil verə bilərlər
07-01-2017 20:35 Ədliyyə Nazirliyi Quba Məhkəməsindəki hadisə ilə bağlı məlumat yayıb
07-01-2017 18:19 AİP lideri Mövsüm Səmədovun həbsindən 6 il keçir
07-01-2017 12:38 Nuraya görə tərəflər Bakıya çağırıldı - FOTO
07-01-2017 12:10 Vəkil: 10 yaşlı uşağın fikri nəzərə alınmalıdır, amma...
06-01-2017 16:18 Əli Kərimlinin köməkçisi həbsdə qaldı
06-01-2017 14:12 Şirkət sahibinin "MTN" generalına verdiyi pulun məbləği məlum olub

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Tramp Ağ Evə gedərkən nümayişçilər limuzin yandırdılar - Video
21-01-2017 11:00
Bill Klinton yenə kiməsə baxırdı: Hillarinin qısqanma səhnəsi - Video
21-01-2017 13:40
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Sərəncam imzalanıb
21-01-2017 14:37
Siqaret çəkənlər bu xəbərə sevinməyəcək
21-01-2017 11:11
Əmək pensiyalarının sığorta hissəsi artırılıb
21-01-2017 13:46
Məktəb avtobusu qəzaya düşüb: 7 uşaq diri-diri yanıb - VİDEO
21-01-2017 12:50
Köhnə çörəklər xəmirə qatılmaq üçün zavoda qaytarılır? - ARAŞDIRMA
21-01-2017 14:33
Şaxta olacaq, yollar buz bağlayacaq
21-01-2017 12:38
Cahangir Əsgərovun qərarı ilə bağlı qalmaqal böyüyür
21-01-2017 11:15
Türkmən polisi siqaret növbəsində duranları sorğu-sual edir
21-01-2017 10:10
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az