Tarix:26-12-2016 20:49
Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq
Şərh yaz
Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq.
 
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
 
Qeyd olunur ki, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması və peşə təhsili və təlimi müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli araşdırılması və optimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanması tədbirləri çərçivəsində aparılan sorğu və araşdırmalar yolu ilə əldə edilən məlumatlara əsasən, 2017-2018-ci illərdə Təhsil Nazirliyi bazarda tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrları hazırlaya biləcək pilot peşə təhsili müəssisələrini seçəcək. Seçilmiş pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün müvafiq hallarda onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi həyata keçiriləcək. Pilot peşə təhsili müəssisələrinin infrastrukturunun qurulması zamanı əlilliyi olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin sərbəst hərəkət imkanlarının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
 
Həmçinin seçilmiş pilot peşə təhsili müəssisələrində yaşayan qaçqın və məcburi köçkünlərin müvafiq dövlət qurumu tərəfindən digər yaşayış yerlərinə köçürülməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Peşə təhsili sisteminə özəl sektorun daha çox cəlb olunmasına imkan verən stimullaşdırıcı tədbirlərlə bağlı təkliflər işlənib hazırlanacaq. Özəl sektor tərəfindən özəl peşə təhsili müəssisələrinin yaradılması və ya özəl sektorun dövlət peşə təhsili müəssisələrində idarəçiliyə cəlb edilməsi ilə bağlı təşəbbüslərin stimullaşdırılması üzrə də təkliflər veriləcək.
 
2017-2020-ci illərdə pilot peşə təhsili müəssisələrində işəgötürənlərlə tərəfdaşlıq mexanizminin qurulması, peşə standartları və kurikulumların işlənilməsi nəzərdə tutulur.
 
İşəgötürənlərlə qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin icrasına pilot peşə təhsili müəssisələrinin qurulması tədbiri çərçivəsində seçilmiş pilot peşə təhsili müəssisələrindən başlanacaq. Bu məqsədlə Təhsil Nazirliyi tərəfdaş işəgötürənlərin maraq və öhdəliklərini, eləcə də onların həvəsləndirilməsi və əməkdaşlığın stimullaşdırılması üzrə mexanizmləri təsbit edərək həyata keçirmək üçün mövcud normativ hüquqi bazada müvafiq dəyişikliklərin edilməsi istiqamətində təkliflər təqdim edəcək.
 
Qabaqcıl dünya ölkələrində tətbiq olunan təcrübə nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığına əsaslanan mexanizm çərçivəsində işəgötürənlərin maraq və öhdəlikləri, eləcə də bu öhdəliklərin həcmi müəyyən ediləcək. Tərəfdaşlıq işəgötürənlərin maraq və öhdəliklərinin həcminə müvafiq olaraq aşağı, orta və ya yuxarı tərəfdaşlıq səviyyəsində müəyyənləşdiriləcək.
 
Bundan başqa, 2020-ci ildə pilot peşə təhsili müəssisələrində tətbiq olunan peşə standartlarının və təhsil proqramlarının (kurikulumların) digər peşə təhsili müəssisələrində tətbiqi nəzərdə tutulur. Pilot layihələr çərçivəsində əldə edilmiş uğurlu təcrübədən bütün peşə təhsili və təlimi sisteminin faydalanmasını təmin etmək üçün Təhsil Nazirliyi layihə çərçivəsində istifadə olunan təhsil proqramlarının (kurikulumların) qiymətləndirilməsini həyata keçirəcək və məqsədəmüvafiq hallarda onların digər peşə təhsili müəssisələrində tətbiqini təmin edəcək.
 
İşəgötürənlərlə pilot peşə təhsili müəssisələri arasında əməkdaşlıq nəticəsində bazarın tələblərinə uyğun peşə standartları və təhsil proqramları (kurikulumlar) hazırlanacaq, məzunların məşğulluq səviyyəsi artacaq və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması üçün bu təcrübənin digər peşə təhsili müəssisələrində tətbiqinə zəmin yaranacaq. Bundan əlavə, peşə təhsilinin müsbət imici yaranacaq və peşə təhsilini seçənlərin sayı artacaq.
 
Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində bu prioritetin real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.
 
2020-ci ilədək işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsinin təşkili və pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ay ərzində 50 faizə çatdırılması nəzərdə tutulur. Məşğulluq imkanlarının artması pilot peşə təhsili müəssisələrində təhsilalanların sayının 50 faiz artmasına imkan verəcək. Peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması təmin ediləcək.
 
Seçilmiş pilot peşə təhsili müəssisələrinin yenidən qurulmasına (tikinti, əsaslı təmir və maddi-texniki təchizat) 165 milyon manat, tərtib ediləcək yeni kurikulumlar (tədris vəsaiti, kitablar, onlayn dərsliklər daxil olmaqla) üçün isə 150 min manat maliyyə vəsaitinin tələb ediləcəyi proqnozlaşdırılır. (Trend)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
pilot_təhsil - peşə -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:26-12-2016 20:49 - Oxundu: 498
Təhsil
23-01-2017 21:06 Təhsil haqqı borcu olan tələbələr üçün növbəti elan sessiyası başlayır
23-01-2017 16:14 Nazirlikdən dövlət universitetlərinin bağlanması xəbərinə - REAKSİYA
23-01-2017 15:12 BDU-da dekan müavini tələbələri hədələyir - SƏS YAZISI YAYILDI
23-01-2017 12:12 Mikayıl Cabbarov tapşırıq verdi
21-01-2017 22:06 Bəzi məktəblər 11 illik təhsildən məhrum ediləcək
19-01-2017 09:51 Hamlet İsaxanlı: "Bəzi dövlət universitetləri bağlanacaq"
18-01-2017 21:43 Məktəblərdə Danışıq Klubları yaradılır
18-01-2017 14:12 IX və XI siniflər üzrə buraxılış imtahanları ödənişsiz olacaq
18-01-2017 12:45 Nazirlik Qafqaz Universitetinin tələbələri ilə bağlı xahiş edib
18-01-2017 12:41 IX sinif şagirdlərinin NƏZƏRİNƏ!
18-01-2017 11:24 ""Qafqaz" dövlət universiteti olacaq" - Rektor
17-01-2017 15:39 Şəmkirdəki məktəbdə baş verən qalmaqala görə direktor işdən çıxarılıb
17-01-2017 14:36 Təhsil Nazirliyi: Bu, 5 yaşlılar üçün tətbiq edilməməlidir
17-01-2017 09:55 Darvin nəzəriyyəsi Türkiyə dərsliklərindən çıxarılır
16-01-2017 21:38 Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
16-01-2017 21:21 “Təfəkkür”ün tələbələri başqa universitetlərə köçürüləcək – Nazirlikdən AÇIQLAMA
16-01-2017 20:47 IX sinifi bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib
16-01-2017 16:26 Azərbaycan Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb
16-01-2017 15:50 Azərbaycanda bir universitetin fəaliyyəti dayandırıldı
16-01-2017 15:12 Astarada şagirdi döyən müəllim cəzalandırılıb
16-01-2017 11:19 Mikayıl Cabbarov 20 Yanvar ilə bağlı əmr imzalayıb
13-01-2017 14:38 Azərbaycanda yeni peşə məktəbi fəaliyyət göstərəcək
13-01-2017 10:04 İşə qəbul olmaq istəyən metodistlər sabah imtahan verəcəklər
12-01-2017 18:51 Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb - SİYAHI
12-01-2017 16:41 Qafqaz Universitetindən diplomlarının Türkiyədə tanınmamasına REAKSİYA
12-01-2017 11:35 Mikayıl Cabbarovun 3-cü müavini təyin edildi
12-01-2017 11:29 Slavyan Universitetində növbəti QALMAQAL
12-01-2017 10:55 Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri başlayıb
11-01-2017 12:28 ADA Universiteti ingilis dili kursları təklif edir
11-01-2017 11:55 Xaricdə oxuyan tələbələrə göndərməyə dollar TAPILMIR
10-01-2017 14:50 Respublika fənn olimpiadaları başlayır
10-01-2017 10:40 Bakıda məktəb psixoloqlarının təliminə başlanılıb - FOTO
10-01-2017 09:19 Müəllimlərə daha bir şans
09-01-2017 11:30 Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb
07-01-2017 12:52 Bu müəllimlər üçün imtahan keçiriləcək
07-01-2017 11:47 Ötən il Təhsil Nazirliyinə vətəndaşlar 220880 dəfə müraciət edib
07-01-2017 11:34 Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA
06-01-2017 10:56 İstedadlı şagirdlərin üzə çıxarılması üçün şans
05-01-2017 20:28 5000-ə yaxın müəllim üçün məşğələlər keçiriləcək
05-01-2017 14:07 Kollec tələbələrinin köçürülməsi elektron qaydada həyata keçiriləcək
05-01-2017 13:59 Məktəbəhazırlıq qruplarına neçə uşaq cəlb olunub?
05-01-2017 13:37 Təhsil Nazirliyi: Ötən il 200-dən çox müəllim iş yerini dəyişib
05-01-2017 08:50 Dövlət hesabına oxuyan tələbələrə də təhsil kreditləri verilə bilər
31-12-2016 13:05 Uşaqların evdə distant formada təhsil alması qaydasını hazırlanacaq
30-12-2016 14:25 Azərbaycan tarixi dərsliyinin hansı prinspilərlə hazırlandığı araşdırılacaq
30-12-2016 13:54 Xaricdə təhsillə bağlı YENİLİKLƏR
29-12-2016 21:10 Nazirlik: Tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir
29-12-2016 15:47 “Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb
29-12-2016 09:43 İmtahanlarda iştirak edəcək şəxslərin nəzərinə - Qeydiyyat bitdi
28-12-2016 21:58 Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin SAYI
28-12-2016 21:40 Müəllimlərin maaşlarının hesablanması üçün onlayn kalkulyator istifadəyə verilib
28-12-2016 14:53 İmtahanda "0" bal alan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
28-12-2016 10:01 Universitetlərin nəzdində kolleclər yaradıla bilər
27-12-2016 21:28 Təhsil Nazirliyimiz Gürcüstandakı məktəblərə dərslik göndərib - FOTO
27-12-2016 21:10 300 müəllim tədris etdiyi fəndən 0 bal aldı - DƏHŞƏTLİ STATİSTİKA
27-12-2016 20:58 Dilimizdəki problemlərin həlli üçün YENİ ADDIM
27-12-2016 16:50 Bakıda məktəblərin tibb kabinetləri kompüterlərlə təmin ediləcək
27-12-2016 13:41 Tələbə qəbulu qaydalarında DƏYİŞİKLİK
27-12-2016 10:37 Təhsil Naziri: Şagirdlər bizi təəccübləndirməlidirlər
27-12-2016 10:33 Universitetlərdə qış imtahanları fərqli üsullarla keçiriləcək

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Mikayıl Cabbarov tapşırıq verdi
23-01-2017 12:12
"Vətəndaşlarımız öz pullarını evlərdə və seyflərdə saxlayırlar"
23-01-2017 11:08
"Kurtlar Vadisi Pusu"nun başlamamasının səbəbi məlum oldu
23-01-2017 17:08
Dollar Azərbaycanda rekordunu yeniləməyə davam edir
23-01-2017 11:56
BDU-da dekan müavini tələbələri hədələyir - SƏS YAZISI YAYILDI
23-01-2017 15:12
Türkiyədə şiələrin tanınmış iki telekanalı bağlandı
23-01-2017 12:36
Nazirlikdən dövlət universitetlərinin bağlanması xəbərinə - REAKSİYA
23-01-2017 16:14
Gəncə İmamzadəsi ətrafında yaranan müəmma - FOTO
23-01-2017 16:49
Balaca istedad görənləri heyran qoyur - VİDEO
23-01-2017 15:55
Galaxy Note-7 smartfonlarının partlama səbəbləri açıqlandı - RƏSMİ
23-01-2017 10:00
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az