Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
11:18
711
Azərbaycanda orta aylıq əmək haqqı 525 manata çatıb

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,3 min nəfər olub.

Onlardan 875,8 min nəfəri dövlət sektorunda, 650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,5%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 10,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4% artaraq 524,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:13

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru