Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
14:34
1076
Azərbaycanda məscidlərə verilən təbii qazın limiti açıqlanıb

2019-cu ilin oktyabr ayının birinə olan məlumata görə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə yanvar-sentyabr ayları ərzində 65 min 124 yeni abonent qeydiyyata alınıb.

Birlikdən FaktXəbər-ə verilən məlumata görə, bunun 36 min 291-i Bakı, Abşeron və Sumqayıt, 28 min 833-ü isə regionların payına düşür. 2019-cu ilin təkcə sentyabr ayı ərzində əhali sektoru üzrə 5 705 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 672-sı Bakı, Abşeron və Sumqayıt, 2 033-ü isə regionların payına düşür. Beləliklə, 01 oktyabr 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 246 min 968-ə çatıb. Bu rəqəmin 2 milyon 215 min 900-ü əhali, 31 min 068-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 865 min 782, regionlar üzrə isə 1 milyon 381 min 186 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılır.

Məqalədə : məscid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
26

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
56

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
260

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
284

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
84
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 14:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru