Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2018
11:22
Azərbaycanda meşələrin girişlərinə şlaqbaumlar quraşdırılıb - SİYAHI

Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.

Bu barədə Faktxeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Hesab edirik ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. Bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir, - nazirliyin məlumatında əlavə olunub.

Qeyd edək ki, mühafizə məqsədilə meşələrin giriş-çıxışlarına kameralar da quraşdırılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 09:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com