Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Mart

2017
15:15
491
Azərbaycanda körpələrə göy cisimləri, planetlərin adları verilir - SİYAHI

Azərbaycanda doğulan körpələrə müxtəlif planet və göy cisimlərinin adları da verilir. Körpələrə Günəş adı daha çox qoyulub.
Belə ki, son beş ildə 684 körpəyə Günəş, 111-nə Ulduz, 83-nə Səyyarə adı qoyulub.

Bundan başqa, son beş ildə 105 körpəyə Dünya, 83-nə Dünyamin, 8-nə Venera, 5-nə Kainat adı verilib. Hətta körpələrə Yerhan, Uran adlarını verənlər də var. Yerin təbii peyki olan Ay özü ad kimi verilməsə də, körpələrə bu sözün istifadəsi ilə yaranan adlar qoyulur. Belə adlardan daha çox qoyulanlar Aylin, Ayan, Ayxan, Aysu, Aydan, Ayla, Aysun, Aytac, Aysel, Aynur, Ayşən, Ayaz, Aytən, Aygün, Aynişan, Aynur, Ayhan, Aytəkin, Aydəniz, Aytək və s. adlardır.

Bundan başqa uşaqlara Günəşnur, Günəşli, Ulduzə, Ulduzxan, Ulduznur, Ulduza, Dünyaxanım, Dünyamalı, Dünyabəyim, Dünyam, Dünyanur, Dünyani, Dünyaməli, Səyyarəxanım və s. adlar da verilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru