Tarix:14-03-2017 16:48
Azərbaycanda katibə və sürücülər işə testlə qəbul olunacaq
Şərh yaz
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra - Sertifikat) veriləcək.
 
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.
 
Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D növləri üzrə aşağıdakı qruplara bölünür:
 
A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
 
AA qrupu;
AB qrupu;
AC qrupu;
 
B növü - inzibati icraçı vəzifələr üzrə:
 
BA qrupu;
BB qrupu;
 
C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:
CA qrupu;
 
D növü - yardımçı texniki vəzifələr üzrə:
DA qrupu.
 
A, B, C və D növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.
 
Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
 
Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 Formatdadır.
 
Sertifikatda aşağıdakılar göstərilir: Sertifikatın yuxarı hissəsində Mərkəzin loqotipinin rəngli təsviri, loqotipin altında birinci sətirdə "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi", ikinci sətirdə "Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən" sözləri, üçüncü sətirdə "Sertifikat" sözü, "Sertifikat" sözünün qarşısında Sertifikatın qeydiyyat nömrəsi, Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı, imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar), Sertifikatın müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu) və bu məzmunda qeyd: Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir", Sertifikatın verilməsi barədə Mərkəzin qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti), Mərkəzin Direktorlar Şurasının sədrinin adı, soyadı, imzası və möhür.
 
Sertifikat blankının nümunəsi Mərkəz tərəfindən müəyyənləşir.
 
Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.
 
Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər: namizədin soyadı, adı, atasının adı dəyişdikdə, Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, Sertifikat yararsız hala düşdükdə. Sertifikat itirildikdə onun dublikatı verilir.
 
Mərkəz dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.
"Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"na əlavə Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələrin növləri, qrupları və alt qrupları
 

Vəzifə növü

Vəzifə qrupu

Vəzifə altqrupu

Altqrupa daxil olan vəzifələr

1

2

3

4

A

 

 

 

AA

AA1

inzibati vəzifələrin 1-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri

AA2

inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri;

dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri;

yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

fondların icraçı direktoru və direktoru

AA3

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

dövlət orqanlarında aparat rəhbəri;

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi,Tarif Şurasının katibi

AA4

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

fondların icraçı direktorunun və direktorunun müavini;

dövlət orqanlarında aparat rəhbərinin müavini

AB

AB1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdiri;

sektor müdiri;

regional bölmənin rəhbəri

AB2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

regional bölmənin rəhbərinin müavini;

yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini

AB3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

sektor müdiri;

şöbə müdiri

AB4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

şöbə müdirinin müavini

AC

AC1

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

yerli bölmənin rəhbəri;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri

AC2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

şöbə müdiri;

sektor müdiri;

yerli bölmənin rəhbəri

AC3

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

yerli bölmələrin rəhbərlərinin müavini;

şöbə müdirinin müavini;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri

AC4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

sektor müdiri;

yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;

dövlət orqanı rəhbərinin köməkçisi

B

BA

BA1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BA2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi

BA3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BA4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

BB

BB1

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BB2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

BB3

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BB4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

C

CA

CA1

yardımçı vəzifələrin 1-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA2

yardımçı vəzifələrin 2-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

D

DA

DA1

yardımçı vəzifələrin 1-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA2

yardımçı vəzifələrin 2-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Azərbaycanda - katibə - - sürücülər - işə - testlə - qəbul - olunacaq -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:14-03-2017 16:48 - Oxundu: 393
Ölkə
28-04-2017 15:14 Şəhid Polkovnikin həyat yoldaşı: Heç olmasa şəhidin adına hörmət edin
28-04-2017 14:54 Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yaydı
28-04-2017 14:16 "Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı...
28-04-2017 11:54 Daxili İşlər Naziri bölgələrdə işləməyə jurnalist axtarır
28-04-2017 11:14 Rejissoru Natiq Axund boşanma mövzusunda qısametrajlı film çəkdi - VİDEO
28-04-2017 10:46 Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB
28-04-2017 10:38 Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı
28-04-2017 10:34 Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib
28-04-2017 09:34 Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu
28-04-2017 09:22 Sumqayıtda parkomatlar quraşdırılır - QİYMƏTLƏR
27-04-2017 16:27 "Elmlər Akademiyası" metrosu qarşısında aksiya-İşçilər etiraz etdi
27-04-2017 16:07 "Beş mərtəbə" dairəsindən istifadə edən sürücülərin nəzərinə - FOTO
27-04-2017 15:00 Tbilisi prospektində tıxaca qarşı yeni plan hazırlanır
27-04-2017 14:38 Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib
27-04-2017 13:03 Ölkədə sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan edilir
27-04-2017 12:19 Əfv olunmuş məhbusun yerinə başqası azadlığa buraxılıb? - AÇIQLAMA
27-04-2017 12:17 Tikintidə qeyri-rəsmi çalışmaq mümkün olmayacaq
27-04-2017 12:16 Qəbul imtahanında 35433 abituriyentin iştirakı nəzərdə tutulur
27-04-2017 12:09 Nazirlər Kabineti sərəncam verdi
27-04-2017 12:02 Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
27-04-2017 11:36 Nazirliklər parlamentə toplaşdı: siqaretlə mübarizə müzakirə olunur
27-04-2017 11:02 "Azərişığ"ın idarələrindən biri ləğv edilib
27-04-2017 10:34 Avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək
27-04-2017 10:21 Sərnişin daşıyan xidmətlərin məsuliyyətləri artırılıb
27-04-2017 10:16 Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 09:43 "Bəzən ödənişsiz xəstəxanada pul tələb edilir" - Səhiyyə Nazirliyi
26-04-2017 16:59 Vüqar Bayramov: "Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq"
26-04-2017 16:12 Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək
26-04-2017 15:41 Almaniyadan olan turist piyada Azərbaycana gəlib
26-04-2017 14:34 Mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdəyik
26-04-2017 14:34 "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası uşaq hüquqlarına dair tədbir keçirdi
26-04-2017 12:57 Bakı-Sumqayıt yolunda qəzanı belə sürücülər yaradır - VİDEO
26-04-2017 12:53 Azərbaycan Milli Kitabxanası - FOTOLAR
26-04-2017 12:40 Builki Gül bayramı ilə bağlı - İcra Hakimiyyətindən AÇIQLAMA
26-04-2017 12:30 Azərbaycanda yeni dərman zavodu inşa olunacaq
26-04-2017 12:15 "Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır"
26-04-2017 11:37 DYP sizi 60 AZN cərimə edə bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
26-04-2017 11:34 Daha 4 "ASAN xidmət" mərkəzi inşa olunur
26-04-2017 11:20 "Kral Holding" Şirkəti məhv olmaq təhlükəsi ilə üz-üzə
26-04-2017 10:59 Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
25-04-2017 22:22 Bakıda küçə ticarətinə qarşı REYD
25-04-2017 22:05 Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR
25-04-2017 17:23 Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edilib
25-04-2017 16:11 Bakıda metroda maraqlı hadisə kameraya düşdü - VİDEO
25-04-2017 16:04 AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib
25-04-2017 15:58 Xaçmaz İcra Hakimiyyəti meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox – FOTO
25-04-2017 15:38 Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib
25-04-2017 15:21 Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı
25-04-2017 14:29 Evinizi mehmanxana edə bilərsiniz - QANUN TƏSDİQLƏNDİ
25-04-2017 14:14 Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib
25-04-2017 14:06 Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub
25-04-2017 12:51 Korrupsiya haqqında məlumat verənə təzyiq edənlər CƏRİMƏLƏNƏCƏK
25-04-2017 12:36 Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
25-04-2017 12:22 Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın
25-04-2017 12:21 Sürücülər piyadalardan daha məsuliyyətlidirlər - RƏSMİ
25-04-2017 12:03 Azərbaycanda hotellərin sayı artırılacaq
25-04-2017 11:11 "Səni tutub salacağıq içəri" - Sakindən Abutalıbova -VİDEO
25-04-2017 10:55 BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb
25-04-2017 10:36 Azərbaycan hotellərində də halal turizm standartları tətbiq ediləcək
25-04-2017 10:35 4 küçədə üfüqi nişanlanma xətləri rənglənəcək

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Övladınızı təhlükələrdən qoruyacaq 10 faydalı TÖVSİYƏ
28-04-2017 15:25
Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı
28-04-2017 10:38
Prezidentlərin maaşı nə qədərdir? - FOTO
28-04-2017 11:00
Şəhid Polkovnikin həyat yoldaşı: Heç olmasa şəhidin adına hörmət edin
28-04-2017 15:14
"Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı...
28-04-2017 14:16
Kürdlər Türkiyə ordusunun zirehli RLS-ni vurub - VİDEO
28-04-2017 16:50
Tramp RƏM sisteminə görə Seuldan 1 milyard dollar istədi
28-04-2017 09:51
May ayına olan hava proqnozu açıqlanıb
28-04-2017 14:21
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib
28-04-2017 10:34
Putinin qızı Hollandiyadakı malikanəsini satışa çıxardı
28-04-2017 11:44
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az