Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
14:14
1598
Azərbaycanda internetdə problem yarandı

Azərbaycanın internet provayderlərinin bəzilərinin xidmətində ciddi problem yaranıb.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Modern.az saytına açıqlamasında deyib ki,  "Azərtelekom backbone"provayderinin qlobal şəbəkəyə bağlantısında yaranan texniki problemlər səbəbindən bu şirkətdən internet alan provayderlərin istifadəçilərinin internet bağlantısında müəyyən problemlər yaranıb:

“Qlobal şəbəkəyə iki provayderlə - “Delta” və “Azərtelekom Backbone” ilə qoşuluruq. “Delta”da problem yoxdur, problem “Azərtelekom Backbone”lə bağlıdır.

Əldə etdiyimiz məlumata görə, "Azərtelekom"da qlobal internet bağlantısı ilə bağlı yaranan problem tam olaraq aradan qaldırılıb. Bu "backbone" provayderdən internet alan provayderlərin internet bağlantısında da hər hansı problem yoxdur”.

Məqalədə : İnternet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 15:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com