Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Dekabr

2016
15:50
1009
Azərbaycanda internet niyə iflic olub?

Son günlərdə Azərbaycanda internetin keyfiyyəti hiss olunacaq dərəcədə pisliyə doğru dəyişib. Həmçinin bəzi milli internet resurslara girişlə bağlı problemlər yaranıb. Son bir neçə gündə isə hətta İT sahəsindən yazan bloqçular, biznes, elm - təhsil yönümlü sayt sahibləri bəzi provayderlər üzərindən resursların açılmasında problemlərlə üzləşdiyini bildirirlər. Həmçinin sosial mediada mərc oyunları ilə bağlı bəzi beynəlxalq resurslara girşlərdə məhdudiyyətlərin olması ilə bağlı müzakirələr gedir. Görünən budur ki, bütün bu məhdudiyyətlər pərakəndə halda baş verir. Bəzi resurslar bir neçə provayderlərdə normal işləyir, digərlərində isə giriş bloklanıb.

Bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

AİF prezidentinin fikrincə, müvafiq dövlət qurumları bununla bağlı rəsmi açıqlama verməlidir: "AİF olaraq biz qanunvericiliklə məhdudlaşdırılması vacib olan resursların ola biləcəyini istisna etmirik. Amma bütün bunlarla bağlı rəsmi açıqlamaların verilməsi, ayrı-seçkiliklərin olmaması, məhdudlaşdırmaların hüquqi əsaslarının göstərilməsi çox vacibdir. Düşünürük ki, bu kimi addımlar sonda həm Azərbaycanın beynəlxalq imici, Azərbaycan internetinin azadlığı, eləcə də ölkədə rəqəmsal sahibkarlığın, internet biznesin inkişafı üçün ciddi problemlər yarada bilər. Həmçinin bu cür pərakəndə formada bloklama, rəsmi yanaşmaların olmaması sonda milyonlarla vəsait xərclənərək qurulan Regional Data Mərkəzdən qlobal resursların da istifadəsində ciddi problemlər yarada bilər. Ümid edirik ki rəsmi qurumlar bununla bağlı açıqlamalar verəcəklər".(Milli.az)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru