Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Yanvar

2017
11:09
485
Azərbaycanda iki bank bankomat sistemlərini birləşdirir

Bank VTB (Azərbaycan) bankomatların birgə istifadəsinə dair PAŞA Bankla tərəfdaşlıq müqaviləsi bağlayaraq güzəştli bankomatlar şəbəkəsini daha da genişləndirib.

VTB-dən verilən məlaumata görə, tərəflərin razılığına əsasən, hər iki bank öz bankomatından nağd pul çıxarılmasına görə tərəfdaş bankın müştərilərindən əlavə komissiya tutmayacaq. Bununla da, Bank VTB-nin (Azərbaycan) plastik kart sahibləri PAŞA Bank bankomatlarından nağd vəsaitləri daxili tariflə, yəni emitent tərəfdən öz terminallar şəbəkəsi üçün təyin olunmuş tariflə çıxara biləcək.

Bank VTB-nin (Azərbaycan) güzəştli bankomatlar şəbəkəsinə VTB qrupa daxil olan VTB24, VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), VTB Bank Moskva, həmçinin yerli AccessBank daxil idi. İndi bu siyahıya PAŞA Bank bankomatları da əlavə edildi.

Yeni bankla əməkdaşlıq xidmət coğrafiyasını daha da genişləndirilməsinə və müştərilərə əlverişli şəraitin yaradılmasına kömək edəcək. Geniş bankomat şəbəkəsinin mövcudluğu nağd pulu banklararası tarif tətbiq edilmədən çıxarmağa imkan verir ki, bu da əmək haqqı layihələri üçün tərəfdaş bank seçimində böyük əhəmiyyət kəsb edir. Əməkhaqqı layihələrinin tətbiqi 2017-ci ildə Bank VTB-nin (Azərbaycan) fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru